Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Santa Klausun vətənində qəribçiliyi

Keçən ilin sonlarında Türkiyədə Noel babaya (bizim Şaxta baba dediyimiz personaj) qarşı təbliğat aparılanda, o cümlədən, Yeni il gecəsi İstanbulda bütün tərəqqipərvər azərbaycanlıları da dəhşətə salan qanlı terror hadisəsi olanda məni işin tarixi kökləri də düşündürdü


Doğrudur, indi müsəlman aləmində Hicri təqvimi ilə 1438-ci ildir. O məşhur yumorda deyilən kimi, hələ Kolumb Amerikanı kəşf etməyibdir. Müsəlman aləmində orta əsrlərdir. Ancaq bunlar texniki detallardır. 

Noel babanı söyənlər arasında deyəsən rəsmi dini, dövlət vəzifələri daşıyanlar da var idi. Onlar bunun islama ziddi olduğunu, Yeni il qutlamağın haram olduğunu vurğulayırdılar. Maraqlıdır ki, gecə klubundakı terrordan sonra AKP hökuməti sosial şəbəkələrdə, çayxana və kafelərdə bunu emosional qınayanları tutub zindana saldı, ancaq “Noel baba kafirdir”, “Yeni ili qutlamaq Türkiyənin adət-ənənələrinə ziddir” deyə bəyanatlar, xütbələr oxuyan dini işlər nazirliyinə (Diyanət İşləri Bakanlığı) gözün üstdə qaşın var deyilmədi. Halbuki, o terrorun havası, sifarişi elə o tip ayırıcılıq, nifrət tökən söhbətlərdən gəlir. Bu, 1933-cü ilin aprelində faşistlərin Almaniyada yəhudilər yaşayan evlərin, dükanların qapısına David ulduzu çəkməsi, təhqiramiz yazılarla işarələməsi tipində bir hərəkətdir. Bu, azərbaycanlı yazıçı Rafiq Tağı haqda iranlı molla Fazil Lənkəraninin 2006-cı ildə ölüm fətvası verməsi kimi bir şeydir. Bundan 5 il sonra Rafiq Tağı öldürüldü. Qatil tapılmasa da, gözlər ilk növbədə İrana dikildi. 

Bütün bunlarla yanaşı, Türkiyədə Şaxta babanın düşmən edilməsinin başqa bir tragikomik tərəfi də var idi. Məsələ ondadır ki, bu mifoloji personajın vətəni elə... Türkiyədir! Bir növ, gəmidə oturub gəmiçi ilə dava eləmək, yerli gəldi, yersiz qaç əhvalatıdır. Çox adam bunun tarixini bilir, yenə yazaq, ziyanı yoxdur. Həm də görünür yaddan çıxarılıb. 

Yeni ilin İsa peyğəmbərin doğum günü ilə əlaqəsi, Qriqorian təqvimi məsələsini qırağa qoyuram. Bizim Şaxta baba, Anadolu türklərinin isə Noel baba (latınca “natalis” – doğuluş sözündən gəlir) adlandırdığı obrazın dünyada ən geniş yayılmış adı Santa Klaus-dur. Bu isə xristian müqəddəslərindən Nikolayın adının qısa formasıdır. Saint Nicholas – qədim latınca bu cür yazılırdı. Saint – müqəddəs deməkdir. Bu kişi isə xristian mifolojisinə görə Likiyada – indiki Türkiyə ərazisindəki Antalya bölgəsinə yaxın bir yerdəki qədim dövlətdə, eramızın 4-cü əsrində, yəni, hardasa 1600 il qabaq yaşayıbdır. Onun müqəddəsliyinin isə sırf indiki Yeni il adətlərinə bənzər səbəbi var. Bir gün Müqəddəs Nikolay 3 ərgən qızı olan kasıb kişinin qızları ərə verməkdə çətinlik çəkdiyini öyrənir. Sonra gecə gizlicə gedib pəncərədən qızlar üçün pul hədiyyəsi atır, qızlar həmin vəsaitlə toy eləyib xoşbəxt olur. 

Türkiyənin indiki çətin durumu bizim 90-cı illərin əvvəlindəki halımızı da xüsusən yada salır. O vaxtlar bizdə terror, qarışıqlıq, müharibə vardı, hakimiyyətə gələnlər isə bunu önləmək, günahkarları cəzalandırmaq yerinə, qəzetləri bağlayır, senzura qoyurdu. Hazırda Türkiyədə 300-dən çox jurnalist həbsdədir, ancaq bunun əhalinin təhlükəsizliyinə hansısa müsbət təsiri varmı? Ola da bilməz. Çünki problemləri ört-basdır etmək məhz cinayətkar elementlərin işinə yarayır. Heç bir halda jurnalisti sözünə görə həbsə atmaq olmaz. 

Bir xatırlatma edim, paralelə siz də baxın. 1992-ci ildə Yaqub Məmmədovun qısa, oyuncaq hakimiyyəti ərzində mətbuata hərbi senzura qoymağa vaxt tapmışdı. 

AXC hakimiyyətə gələndə Elçibəy nəinki bu senzuranı ləğv etdi (əlbəttə, tətbiq səviyyəsinin müqayisəsini etmirəm – insafən bir çox hallarda o senzura formal idi), əksinə, bir il sonra, 1993-cü ilin aprelində Kəlbəcər işğal ediləndə tam senzura qərarı verdi. İndi tək hərbi yox, siyasi xəbərlər də dövlət tərəfindən yoxlanıb, çapına icazə verilirdi. Ancaq bu, Elçibəy hakimiyyətini xilas etdimi? Qətiyyən. Daha da ziyan vurdu – artıq nə xalqa həqiqətləri çatdıran media vardı, nə də gerçək cinayətkarı cəzalandırmağı tələb edən xalq. İnformasiyasızlıq üzündən millət 4 iyun qiyamından 12 gün sonra xəbər tutmuşdu.(musavat.com)


Yazar : Zamin HACI

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

 Sabiq pediatrın intiharı ilə bağlı iddialara rəsmi cavab: “Rəhbər təyinatı olmayıb” - Yenilənib, Video

Azərbaycanın ixrac etdiyi qara kürünün qiyməti açıqlanıb

Özünü güllələyən məşhur pediatr kim idi? - Dosye

Qadının üzərinə benzin tökərək yandırdığı deyilən kişi məmur oğlu imiş - Açıqlama

Faiq Ağayevdən Brilliant Dadaşovaya gözlənilməz sözlər - Video

Bərdədə qaçırılan 23 yaşlı qızın ailəsinə təhvil verilməsinin təfərrüatı məlum olub - Yenilənib

Bakıda dələduz şəbəkə peyda olub - Mənzil və obyekt sahibləri ehtiyatlı olun

Qeyri-neft sektorunun inkşafı və Dövlət İnvestisiya Şirkətinin batırdığı sərmayələr... - I yazı

Laçında xarici ekspertlərin iştirakı ilə beynəlxalq konfrans işə başlayıb - Yenilənib

Ən bahalı və sağlam bitki yağları - hər kəs bunları bilmir

Şoyqunun həbs edilən müavini Alina Kabayeva ilə eyni qəsəbədə villa tikdirib

Ən çox oxunanalar