Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Sankt-Peterburq terrorunu qırğız törədib – Orta Asiya terror fabriki kimi


Təhlükəsizlik eksperti Qırğızıstanın “terror məkanına” çevrilməsinin səbəbini açıqladı; baş verənlər Putinə nəyin mesajıdır?


Aprelin 3-də günorta saatlarında Rusiyanın Sankt-Peterburq şəhərində metroda terror aktı törədilib. Partlayış “Sennaya ploşad” və “Texnologiçeskiy institut” stansiyalarında baş verib. Partlayış içi öldürücü maddələrlə doldurulmuş əldəqayırma qurğu vasitəsilə törədilib. 

Partlayışdan sonra vaqon iki yerə bölünüb. Qırğızıstan Dövlət Təhlükəsizlik Xidməti Sank-Peterburqda metroda terror aktı törətməkdə şübhəli sayılan şəxsin adını açıqlayıb. Terror aktının 1995-ci ildə Qırğızıstanın Oş vilayətində anadan olmuş, Rusiya vətəndaşı olan Akberjon Cəlilov tərəfindən törədildiyi dəqiqləşib.

Rusiyanın xarici işlər naziri Serqey Lavrov Sankt-Peterburqda baş verən terrorla bağlı qırğızıstanlı həmkarı Erlan Abdıldayevlə birgə mətbuat konfransı keçirib. Lent.az-ın russian.rt.com-a istinadən məlumatına görə, S.Lavrovla müzakirələrindən söz açan Erlan Abdıldayev bildirib ki, terroru törədən şəxsin Qırğızıstan əsilli olduğu təsdiqlənib: “Lakin o, Rusiya vətəndaşlığını qəbul edib və Qırğızıstan Dövlət Təhlükəsizlik Komitəsi də terrorçu-kamikadzenin Qırğızıstan əsilli Rusiya vətəndaşı olduğunu təsdiqləyib”.

Terrorçunun İŞİD-lə bağlılığının olması sualını cavablandıran E.Abdıldayev deyib ki, bununla bağlı fikir söyləmək hələ tezdir.
Hazırda Qırğızıstan Dövlət Təhlükəsizlik Xidmətinin Oşdakı müvafiq strukturları Ə. Cəlilovla bağlı bütün məlumatları, əlaqələri araşdırır. Terrorla əlaqədar şəhər administrasiyası aprelin 4-dən etibarən Sankt-Peterburqda 3 günlük matəm elan edib. Partlayış nəticəsində 14 nəfər həlak olub, 45 nəfər yaralanıb.



Terrorun törədilməsində Orta Asiyadan çıxmış şəxsin adının hallanması hansı ipuclası verir? Niyə qanlı terror aktlarını planlayanlar metro stansiyalarını hədəf seçirlər? Metroları zəif nöqtə edən hansı amillərdir?

Təhlükəsizlik xidmətinin istefada olan polkovnik-leytenantı İlham İsmayıl “Yeni Müsavat”a deyib ki, metroların zəif nöqtə olmasının bir necə səbəbi var: “Düzdür, metro stansiyalarının girişində mühafizə var. Hamımız bilirik ki, mühafizə hər kəsi bir-bir yoxlayıb stansiyalara buraxmır. Aeroportda olduğu kimi hamını bir-bir xüsusi avadanlıqdan keçirib yoxlamaq da mümkün deyil. Metro aeroport deyil. Kimisinin üzərində qəpiklər, toqqası və sair dəmirdən hazırlanan müxtəlif əşyalar olur. Bu baxımdan, hamını ətraflı şəkildə yoxlamaq mümkün olmur. Ona görə də təhlükəsizlik baxımından metro zəif bənddir. Sankt-Peterburq, Moskva metroları da Bakı metrosundan fərqli olaraq daha çox qələbəlikdir, sərnişin axını daha intensivdir. Ona görə də terrorçular asan hədəf kimi metroya üstünlük verirlər.

68793f0b46dff73b24782f6c6cea16b1.jpg (50 KB)

Terrorçular üçün çətini silahı, bombanı əldə etməkdir. Silahı, bombanı ölkədən-ölkəyə keçirmək çətin olduğu üçün daha çox əldəqayırma partlayıcılardan istifadəyə üstünlük verilir. Avropada terrorun yeni üsulu kimi maşın qaçırıb piyadaların üzərinə sürməklə qətliam törətmək praktikası məhz bu çətinliklərdən irəli gələn metoddur. Gedib bir maşın oğurlayır və camaatın üstünə sürürlər. Yeri gəlmişkən, belə təhdidlər hər an gözlənilir, o cümlədən Azərbaycanda da baş verə biləcəyi istisna deyil. Terrorun son məqsədi, xarakterik xüsusiyyəti budur ki, daha çox adam ölməli, daha çox dağıntı olmalıdır. Bu halda terroru planlayanlar düşünürlər ki, hədəflərinə daha çox çatırlar. Təzyiq göstərdikləri hədəfdə dövlətdirsə, dövləti, təşkilatdırsa, təşkilatı daha çox sarsıtmağa çalışırlar. Öz varlıqlarını nümayiş etdirirlər. Bu baxımdan, hədəfə çatmaq üçün əlverişli yer kimi metro seçilir”.

İ.İsmayıl deyir ki, belə olayların qarşısını almaq üçün terrorçuların içindən planlar haqda bilgilər toplamaq ən düzgün yoldur: “Əməliyyat işləri keçirilməli, bu işlərin nəticəsində planlaşdırılan hərəkətlərlə bağlı məlumatlar əldə olunmalıdır. Ancaq bu yolla planlaşdırılan qanlı olayların qarşısını almaq mümkündür. Metroda təhlükəsizlik tədbirlərini gücləndirmək, daimi nəzarəti təmin etmək vacibdir, ən yaxşı yol isə terror baş tutmamış, terrorçular hərəkətə gəlməmiş onları zərəsizləşdirməkdir”.

Sabiq təhlükəsizlik zabiti deyir ki, ölkəmiz də terrorçuların hədəfindən kənarda deyil: “Türkiyədə, aylar sonra Sankt-Peterburqda terroru icra edənlərin Orta Asiyadan çıxması təsadüfi deyil. Orta Asiya ”əl-Qaidə"nin mənzilləndiyi ərazilərlə qonşuluqdadır. Həmin ərazilərdə olan terrorçuların hədəflərindən biri də Azərbaycandır. Hazırda Dövlət Təhlükəsizlik Xidməti bu sahədə çoxşaxəli iş aparır və görülən tədbirlər nəticə verir. Orta Asiyanın qonşuluğunda həddindən artıq radikalizmə, terrora meylli qruplar var. Həmin qrupların təsiri altına düşən xeyli insan var. Həmin insanlardan terroru planlayanlar öz çirkin məqsədlərini gerçəkləşdirmək üçün istifadə edirlər. Türkiyədə, ardından Rusiyada Orta Asiyadan çıxanlardan istifadə edilməsi buna bir daha sübutdur. Rusiyanın güclü təhlükəsizlik orqanları var. Amerikada da, Fransada da həmçinin. Amma bu dövlətlər belə tam olaraq terrorun qarşısını ala bilmirlər. Bu o demək deyil ki, bu dövlətlərin təhlükəsizlik orqanları zəifdir. Ən güclü xüsusi xidmət orqanlarına malik olan dövlətlərdə belə terror baş verir".(musavat.com)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

Sumqayıtda ər-arvad qətlə yetirilib: 24 yaşlı oğulları saxlanılıb - Yenilənib

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

Deputat: “Bu yaxınlarda parlament seçkisi olacaq”

Məhkum ana həbsxanadakı ən çarəsiz gecəsindən danışdı: “Qandalı açıb polisə verdim ki...” - Video

Fransanın daha bir neçə diplomatı “persona non grata” elan edilib - Foto    

Ermənistan ordusu Qazaxın dörd kəndindən çıxarılır  

İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır

Azərbaycanda 22 yaşlı oğlan qadının üzərinə benzin tökərək yandırıb - Yenilənib

Ən çox oxunanalar