Samux sakini Gəncədə bıçaqlanıb
APA-nın qərb bürosunun verdiyi məlumata görə, hadisə Gəncənin Nizami Gəncəvi prospektində baş verib. Hələ ki, kimliyi məlum olmayan şəxs mübahisə zəminində Samux rayon Kolayır kənd sakini 1982-ci il təvəllüdlü Mirzəyev Sərxan Sahib oğlunu bıçaqlayıb. Bıçaqlanan şəxs dərhal xəstəxanaya yerləşdirilib, vəziyyətinin orta ağır olduğu bildirilir.
Faktla bağlı araşdırma aparılır.
pia.az