Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Samur çayı üzərindən körpü inşa ediləcək


Körpünün tikinti işlərini Azərbaycan tərəfi maliyyələşdirəcək


Bu il Rusiya ilə Azərbaycan sərhədində yerləşən Samur çayı üzərindən körpünün inşasına başlanılması planlaşdırılır.

“Report” Rusiyanın "Dorinfo.ru" saytına istinadən xəbər verir ki, hazırda obyektin tikinti üzrə layihə sənədləri baxılması üçün Rusiyanın “Dövlət Ekspertizası Baş İdarəsi” federal muxtar qurumundadır.

2019-ci ildə istismara verilməsi nəzərdə tutulan körpünün tikinti işlərini Azərbaycan tərəfi maliyyələşdirəcək. Rusiya isə federal büdcədən ünvanlı investisiya proqramı çərçivəsində yerinə yetirilən işlərin dəyərini qismən kompensasiya edəcək.

Eyni zamanda Rusiyanın Federal Yol Agentliyi (“Rosavtodor”) körpüyə giriş yollarının tikintisini maliyyələşdirəcək. İndi podratçıların seçilməsi üçün hərracın sənədləşmə işləri aparılır.
Ehtimal var ki, cari ildə yol işçiləri “Qafqaz” P-217 xəttindən inşa ediləcək körpüyə qədər dəmiryolunun inşasına başlayacaqlar. Bu yolların tikintisi 2018-ci ildə başa çatmalıdır.

pia.az 


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

Azneft”in baş direktoru vəzifəsindən azad edildi - Yeni təyinat

“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - Video

Ən çox oxunanalar