Çərşənbə axşamı, 19 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Samir Şərifovun “tender əjdahası” - Maliyyə Nazirliyindəki narazılıq nədən qaynaqlanır?


Mənbə: “Xaqani Rzayevin özfəaliyyəti nəticəsində “əvəzolunmaz” obrazı yaranan şəxslər var ki, büdcə vəsaitləri onlar vasitəsilə talanır. Həm də bütün bunlar maliyyə naziri Samir Şərifovun razılığı əsasında baş verir”.


Maliyyə Nazirliyi Aparatının Sosial sahələrin maliyyəsi şöbəsinin müdiri Xaqani Rzayevlə bağlı mətbuatda maraqlı məlumat yayılıb. 

Yayılan məlumatda qeyd olunur ki, Xaqani Rzayev maliyyə naziri Samir Şərifova yaxınlığı ilə seçilən məmurlardandır. Hətta onu Samir Şərifovun “vuran əli” deyə təqdim edirlər. Bildirilir ki, büdcə vəsaitlərinin xərclənməsi ilə bağlı keçirilən tenderlərdə məhz X.Rzayevin “yetirmələri” olan bir neçə daimi qaliblər var. Hansı ki, həmin onlar müxtəlif adlarla çoxlu sayda şirkətlər yaradaraq müxtəlif qurumların tenderlərində iştirak edib “qalib” olurlar. 

Məlumatlarda o da bildirilir ki, daimi “tender əjdahaları” arasında sözün həqiqi mənasında oliqarxa çevriləni də var. “Bir tərəfdən də Xaqani Rzayevin özfəaliyyəti nəticəsində “əvəzolunmaz” obrazı yaranan şəxslər var ki, büdcə vəsaitləri onlar vasitəsilə talanır. Həm də bütün bunlar maliyyə naziri Samir Şərifovun razılığı əsasında baş verir” – deyə məlumatlı mənbə bildirir.

365info.az saytına daxil olan məlumata görə isə Xaqani Rzayevin kurasiyasında yuxarıda qeyd edilən bir neçə oliqarx cəmləşib. Sayt yazır ki, həmin şəxslərin şirkətləri Xaqani Rzayevin dəstəyilə tenderlərdə hər zaman qalib gəlir. Ancaq son vaxtlar həmin oliqarxlar nədənsə Xaqani Rzayevlə əlaqə yarada bilmirlər. Ehtimal var ki, buna səbəb nazir Samir Şərifovun vəzifəsilə bağlı yaranan qeyri-müəyyən durumdur. 

Qeyd edək ki, bir neçə gün öncə mediada aprelin 11-də keçiriləcək prezident seçkilərindən sonra yeni hökumətdə təmsil olunmayacaq məmurlardan biri kimi məhz maliyyə nazirinin adı hallanırdı. Kifayət qədər ciddi arqumentlər səsləndirilən məlumatdan sonra yayılan informasiyalardan aydın olur ki, artıq Maliyyə Nazirliyinin özündə də durum qarışıqdır. 

Məlumata əsasən nazirlik daxilində bəzi məmurlar Samir Şərifova qarşı baş qaldırıblar. Gələcəyi qaranlıq görünən Samir Şərifov isə tenderlər üzrə ayrılmalı olan vəsaitləri hələ saxlamağı məsləhət görüb. Xaqani Rzayev vasitəsilə “iş görən” şəxslər isə buna etiraz edirlər: “Xaqani Rzayev vaxtı ilə bizimlə ballı tabaka yeyəndə deyirdi ki, qardaşıq, indi isə zənglərmizə cavab vermir” – deyə 365info.az-ın məlumatında iş adamları adından yazılıb: “Həmin oliqarxlarda Xaqani Rzayevə qarşı narazılıq yarandığı üçün onunla bağlı məlumatlar mətbuata verilib”.

Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq. 

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bukingem sarayı kral III Çarlzın ölüm xəbərini təkzib edib - Yenilənib

Məşhur avtomobil markasının Azərbaycanda istehsal tarixi açıqlandı 

Tacir Şahmalıoğlu: “Evliliyim alınmadı, boşandım”

Növbəti köç karvanı Füzuli şəhərinə çatıb, mənzillərin açarları təqdim olunub - Yenilənib

Nömrəsini sərnişinə vermək istəyən sürücü cəzalandırıldı - Açıqlama

“Qarabağ”ın baş məşqçisi cəzalandırılıb

Prezident Xankəndidə Novruz tonqalını alovlandırıb, xalqı təbrik edib - Yenilənib

Ramazan ayının doqquzuncu gününün imsak, iftar və namaz vaxtları    

Ən çox oxunanalar