Cümə, 19 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Samir Şərifovun Qazaxıstan Milli Bankının başçısı ilə mübahisəsi


Ötən gün Böyük Britaniyanın paytaxtı Londonda Qazaxıstan Milli Bankının sədri Daniyar Akişev və Azərbaycanın maliyyə naziri Samir Şərifov arasında danışıqlar olub


APA-nın xəbərinə görə, D.Akişev bugünkü mətbuat konfransında bildirib ki, danışıqlar zamanı Qazaxıstanın "Vahid Pensiya Yığımı Fondu" SC-nin Azərbaycan Beynəlxalq Bankına 250 mln. dollarlıq yatırımının restrukturizasiyasının detalları müzakirə olunub.

D.Akişev qeyd edib ki, tərəflər müavinlər səviyyəsində danışıqların davam etdirilməsi barədə razılığa gəliblər: “ABB-nin vəsait çatışmazlığı olduğu üçün Qazaxıstan Milli Bankı borcun daha likvid, sonradan satıla biləcək aktivlərlə əvəzlənməsi variantını nəzərdən keçirməyə hazır idi. Azərbaycanın Maliyyə Nazirliyi isə bəyan edib ki, Qazaxıstan Milli Bankının borcun vaxtından əvvəl qaytarılması ilə bağlı tələbinin hər hansı hüquqi əsası yoxdur".

Baş bankir xatırladıb ki, indiyədək rəhbərlik etdiyi qurum Azərbaycanın Maliyyə Nazirliyinə 3 dəfə məktub göndərərək ABB-nin maliyyə vəziyyətinin pisləşməsi ilə bağlı narahatlığını ifadə edib. Öz növbəsində ABB 3 dəfə borcun birdəfəlik və ya qismən qaytarılmasından imtina edib.

"Bu ilin fevral ayında "Moody`s" ABB-nin reytinqini endirib. Bundan sonra biz Azərbaycan bankına bir daha müraciət etdik. O zaman məlum oldu ki, ABB könüllü restrukturizasiya prosesinə hazırlaşır", - deyə o bildirib.

Qeyd edək ki, Qazaxıstanın "Vahid Pensiya Yığım Fondu" SC 2014-cü ilin oktyabr ayında ABB-nin istiqrazlarına 250 mln. dollar yatırıb.

Ötən gün ABB tərəfindən təqdim olunan xarici öhdəliklərin restrukturizasiyası planına münasibət bildirən D.Akişev deyib ki, plan 3 istiqaməti əhatə edir və "hər bir variant kreditorlar üçün itkiyə səbəb olacaq". "Buna baxmayaraq, Milli Bank və hökumət neqativ təsirlərin minimizasiyası üzərində işləyir. Biz əmanətçilərimizin maraqlarını qorumaq məqsədilə ABB ilə mütəmadi danışıqlar aparırıq", - deyə o bildirib.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Seymur Talıbova həbs yolu göründü: Sabiq nazir məhkəməsində onu satdı...

Azərbaycanda satılan yağlarla bağlı araşdırmaların nəticələri açıqlanıb    

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi – Təfərrüat

Məktəbin həyətində faciəvi şəkildə ölən 10 yaşlı Fərhanın fotosu

Bakıda hamamda qadınla kişinin meyitləri tapıldı

Azərbaycanın Milli Qəhrəmanı infarkt keçirib    

Həbsxanada evlənən müğənni: “Heç kimin bacarmadığını etmişəm”

"Ona məğlub olmamaq üçün bacardığınızı edin"

Bu həftə inanılmaz dərəcədə varlanacaq bürclər

Çin-Rusiya münasibətləri: Müharibənin səbəb olduğu məcburi evlilik...

Ən çox oxunanalar