Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Saleh Məmmədovun Çöl-Ərəb korrupsiyası - Nazirə məktub

Kürdəmirin Köhünlü, Şüşün, Qaramahmudlu, Sovla, Söyüdlər və digər kəndərinin sakinləri Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar naziri Ramin Quluzadəyə məktub yazıb


200-dən çox kənd sakinlərinin imzaladığı məktubun surəti KİV-də göndərilib və keçmiş Nəqliyyat NazirliyiAzərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən şikayət olunub.

Onların sözlərinə görə, yaşadıqları kəndlər Çöl ərəb - Zərdab magistral yolunun kənarında yerləşir.

Bu yoldan təkcə sözügedən kəndlərin camaatı deyil, Zərdabın əhalisi, AğdamAğcabədinin əksər sakinləri istifadə edirlər.

Sakinlər qeyd edirlər ki, 2013-2014-cü illərdə NN və o zamankı “Azəravtoyol” tərəfindən bu yol təmir olunub: 

“Ancaq buna təmir demək olmaz. Sadəcə, dövlətin milyonları mənimsənilib və çırpışdırılıb.

Yolun 26 və 41-ci kilometrlərində təmir əvəzinə “qaçdı – tutdu” oynanılıb. Heç bir texnoloji prosesə və tikinti normalarına əməl olunmayıb.

İndi həmin hissələr dağılıb. Sanki yolda bomba partlayıb. Ona görə də yağışlı günlərdə nəqliyyat yolun yatağı ilə deyil, torpaq izlərlə hərəkət etməli olur.

Bu yolu çəkənlər tələm-tələsik, başdansovdu iş görüb aradan çıxıblar. Bizim sevincimiz ürəyimizdə qalıb. Çünki bu magistral yol tamamilə dağılıb və dövlətin pulları talan edilib”.

AADA sədri Saleh Məmmədov və o vaxt nəqliyyat naziri Ziya Məmmədov sanki bu yolun üstündə Suriya müharibəsini təşkil edib. Elə çıxır ki, 2 ildə bu yoldan tanklar, təyyarələr, ağır texnika və BMP-lər keçib.

Əgər Zərdab – Çöl – Ərəb magistral yolunda müharibə olmayıbsa, o halda S.Məmmədov maliyyə üstündə savaş aparıb.

Çünki milyonların xərcləndiyi yolun 2 ilə darmadağın olması mümkün deyil. Hətta Afrikada yol çəkiləndə 2 ildən sonra sıradan çıxmır.

“Azəravtoyol” ASC sədri isə o dərəcədə peşəkar yol çəkən və rəhbərdir ki, bu yolun axırına çıxmağı bacarıb.

S.Məmmədov bu yolun təmirindən xeyir görüb. O, bu vəsaitlə ailə biznesini çiçəkləndirib, övladları avtomobilinin markasını dəyişib, yeni obyektlər çmağa nail olub.

ASC sədri bu faktların yalan olduğunu iddia edirsə, o halda vəsait hara xərclənib? Bu pullar göyə sovrulub, kosmosdan gələn yadplanetlilər qarət edib, yaxud kriminal avtoritetlər əlindən alıb?

Yerli sakinlər xahiş edirlər ki, qurum rəhbəri izahat versin və yolun 2 ildən sonra qazıq-qazıq olmasının səbəblərini açıqlasın.

Sakinlər inanmır ki, S.Məmmədov həmin pulları yadplanetlilərə peşkəş etsin. Bəs vəsaitlər hara gedib? Məktubda prezident və vitse-prezidentdən məsələyə diqqət göstərilməsi xahiş olunur.

Mənbə: Realmedia

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

 Sabiq pediatrın intiharı ilə bağlı iddialara rəsmi cavab: “Rəhbər təyinatı olmayıb” - Yenilənib, Video

Azərbaycanın ixrac etdiyi qara kürünün qiyməti açıqlanıb

Özünü güllələyən məşhur pediatr kim idi? - Dosye

Faiq Ağayevdən Brilliant Dadaşovaya gözlənilməz sözlər - Video

Qadının üzərinə benzin tökərək yandırdığı deyilən kişi məmur oğlu imiş - Açıqlama

Bərdədə qaçırılan 23 yaşlı qızın ailəsinə təhvil verilməsinin təfərrüatı məlum olub - Yenilənib

Bakıda dələduz şəbəkə peyda olub - Mənzil və obyekt sahibləri ehtiyatlı olun

Qeyri-neft sektorunun inkşafı və Dövlət İnvestisiya Şirkətinin batırdığı sərmayələr... - I yazı

Ən bahalı və sağlam bitki yağları - hər kəs bunları bilmir

Cəfər Cabbarlı haqqında məxfi həqiqətlər - Video

Ən çox oxunanalar