Cümə, 19 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Sakit Okean hövzəsində müharibə gözlənilirmi?


Zaur Məmmədov: “ Söhbət Çinin mühasirəyə alınmasından gedir. Necə ki, Rusiya mühasirəyə alınır, eyni ssenari Çinə də qarşı başlayıb”


Nəsimi Məmmədli: “Hələlik ABŞ Şimali Koreyaya qarşı etdiyi müəyyən gedişlərlə Rusiya və Çinə təzyiq göstərir. Əgər hərbi əməliyyatlar başlasa, onların iqtisadi-siyasi itkilərinin olacağına diqqət çəkmək istəyir”.

ABŞ - Şimali Koreya arasında gərgin münasibətlər yenidən dünyanın gündəm probleminə çevrilib. Ötən həftə Şimali Koreya altıncı dəfə nüvə silahını sınaqdan çıxarandan sonra Sakit Okean hövzəsində müharibə təhlükəsi artıb. ABŞ prezidenti Donald Tramp və  Pentaqon rəhbərliyinin verdiyi açıqlamalarda Şimali Koreyaya qarşı nüvə silahından istifadə olunacağı  istisna olunmayıb. Hələ seçkiqabağı kampaniyada İran və Çinlə yanaşı, Şimali Koreyanı da “ABŞ-ın əsas düşmənləri” adlandıran Donald Tramp ABŞ və müttəfiqlərinin baş ağrısına çevrilmiş Şimali Koreya haqda sərt qərarlar verəcəyini açıqlamışdı. O, son nüvə sınağı zamanı verdiyi açıqlamada  Şimali Koreyanın ballistik və nüvə başlıqları daşıyan raketlərinin sınaqlarını dayandırmayacağı halda bu ölkəyə qarşı hərbi hücumların həyata keçiriləcəyini bildirib.  Həmçinin ABŞ-ın Maliyyə naziri Stiven Manuçin Trampın Şimali Koreya ilə biznes əlaqələri olan bütün ölkələrlə ticarəti dayandırmağa hazırlaşması barədə açıqlama verib. Bu isə təbii ki, Şimali Koreyanın əsas tərəfdaşı olan Çinlə münasibətləri kəskin gərginləşdirə və Sakit Okean hövzəsində ciddi geosiyasi və geoiqtisadi problemlərin ortaya çıxmasına səbəb ola bilər. Elə Tramp adminstrasiyasının bir sıra üzvləri də prezidentin seçkiqabağı verdiyi vədlərdə  əsas hədəfin Çin olduğunu gizlətməyib. Hazırda isə Şimali Koreyanın ixracatdan əldə etdiyi gəlirlərin 90 faizini  Çinlə həyata keçirilən ticarət  formalaşdırır. 

Çin isə öz növbəsində bildirib ki, əgər bölgədə onun mənfəətlərinə zərər verən bir hadisə olarsa, buna sərt şəkildə cavab veriləcək. Çinin Koreya yarımadasında nüvə müharibəsinə qarşı olması ilə bağlı bəyanat yayılan Çin Kommunist Partiyasının rəsmi “Global Times” qəzetində nüvə müharibəsi baş verərsə və ABŞ və ya Cənubi Koreya ilk atəş açan tərəf olarsa, Koreya yarımadası rejim dəyişikliyinə qalxar və bölgədəki siyasi quruluşu dəyişdirməyə çalışarsa, Çinin buna icazə verməyəcəyi də qeyd olunub. 

Gələn həftənin birinci günü isə BMT Təhlükəsizlik Şurasında Şimali Koreyaya qarşı ABŞ-ın təqdim etdiyi yeni sərt sanksiyalar müzakirə olunacaq.
 Böyük ehtimalla Çin ya da Rusiya qətnaməyə qarşı veto hüququndan istifadə edəcək. Çünki Rusiyadan verilən açıqlamalardan, həmçinin Rusiya prezidenti Vladimir Putinin səgilədiyi mövqedən görünür ki, Kreml Vaşinqtonun yeni sanksiyalar siyasətindən məmnun deyil.

Bəs ABŞ-Şimali Koreya münasibətlərinin gərginləşməsi hansı fəlakətlərə yol aça bilər və bu kontekstdə beynəlxalq aləmdə yeni siyasi və hərbi strateji əməkdaşlıqlar yarana bilərmi?

Bu mövzunu  PİA.AZ-ın əməkdaşı siyasi elmlər üzrə fəlsəfə doktoru, politoloq Zaur Məmmədov və politoloq Nəsimi Məmmədli ilə müzakirə edib.

Image result for zaur məmmədov

Zaur Məmmədov: “Nə ABŞ-a Şimali Koreya, nə də Şimali Koreyaya ABŞ lazımdır”.


ABŞ-Şimali Koreya münasibətlərinin gərginləşdirilməsinin siyasi oyunun bir parçası olduğunu vurğulayan politoloq Zaur Məmmədova görə, Şimali Koreya ABŞ-la müharibə etməyə ehtiyac görmür:

“Mən düşünürəm ki, ABŞ – Şimali Koreya arasında baş verənlər hər iki ölkə tərəfindən bilərəkdən şişirdilir. Nə ABŞ-a Şimali Koreya, nə də Şimali Koreyaya ABŞ lazımdır. ABŞ istədiyi məqsədlərinə çatır. Şərqi Avropanın ardından Cənubi Koreyada THAD-larını yerləşdirib. Bunlar da birbaşa olaraq Rusiyaya və Çinə qarşı yönəldilib. Şimali Koreya ilə müharibə aparmaq ABŞ-a lazım deyil. 

Digər tərəfdən Cənubi Koreya və Yaponiya Pxenyan tərəfindən atılan raketlərin altında qala bilərlər. 

Dünyanın hər hansı bir nöqtəsində münaqişə baş verirsə, deməli belə lazımdır. Myanmadakı hadisələr də ÇİN-ABŞ qarşıdurmasının bir hissəsidir. Yəni ki, od öz-özünə alovlanmır, onu bilərəkdən alovlandırırlar. 

Söhbət Çinin mühasirəyə alınmasından gedir. Necə ki, Rusiya mühasirəyə alınır, eyni ssenari Çinə də qarşı başlayıb. Növbədə isə Cənub-Şərqi Asiya durur”.

Image result for nəsimi məmmədli

Nəsimi Məmmədli: “Hadisələrin gedişi göstərir ki, münasibətlər hələ bir müddət də bəyanatlarla, diplomatik təzyiqlər səviyyəsində olacaq”.


ABŞ və Şimali Koreya arasındakı gərginliyə səbəb ABŞ-ın yeni xarici siyasət doktrinası olduğunu qeyd edən politoloq Nəsimi Məmmədlinin fikrincə, indiki vəziyyətdə ABŞ-ın daxilindəki Tramp administrasiyası ilə bağlı problemlər və eyni zamanda beynəlxalq nüfuzunu zədələyən provakasiyalarla üz-üzə olması strateji maraqlarına real təhlükələr yaradır:

“Əslində bu böhran uzun illərdir mövcuddur və mütəmadi olaraq gündəmə gəlib. Şimali Koreyada elə bir rejim hökm sürür ki, o, istənilən an proqnozlaşdırıla bilməyən addımlar ata bilər. Xüsusilə də əlində nüvə silahı olan belə bir dövlətin son illər daha da aqressivləşməsi beynəlxalq aləmdə ciddi narahatlıq yaradıb. Adətən daha çox Rusiya və Çin Şimali Koreyadan daim ABŞ-a və regiondakı müttəfiqlərinə qarşı istifadə ediblər. Çox zaman bu siyasət özünün uğurlu nəticələrini də verib. ABŞ tərəfindən sərt bəyanatlar səslənsə də sonda kəskin qarşıdurmalar baş vermədən böhran qismən zəifləyib. Hazırda dərinləşən ziddiyyətlərin səbəbi həm də ABŞ-ın yeni xarici siyasət doktrinasından qaynaqlanır. ABŞ-ın strateji maraqlarına qarşı Avrasiya siyasi məkanında yeni və daha təhlükəli ittifaq yaranmaqdadır. Bu ittifaqın hədəfi ABŞ və müttəfiqləridir. Hələlik əsas rol Şimali Koreyadadır və arxadakı qüvvələr ABŞ-la onun vasitəsilə danışırlar. 

ABŞ hərbi baxımdan Şimali Koreyanı qısa zaman kəsiyində ram etməyə qadir olsa da, uzun illərdir bu addımı atmayıb. Bu həm regiondakı müttəfiqlərinin təhlükəsizliyi, həm də daha böyük müharibələrə yol açması baxımından indiyə kimi məqbul sayılmayıb. İndi durum fərqlidir və ABŞ-ın necə davranacağını proqnoz etmək çətindir. Həm öz daxilində Tramp administrasiyası ilə bağlı problemlər var, həm beynəlxalq nüfuzunu zədələyən provakasiyalarla üz-üzədir, həm də strateji maraqlarına real təhlükələr artmaqdadır. 

Hələlik ABŞ Şimali Koreyaya qarşı etdiyi müəyyən gedişlərlə Rusiya və Çinə təzyiq göstərir. Əgər hərbi əməliyyatlar başlasa, onların iqtisadi-siyasi itkilərinin olacağına diqqət çəkmək istəyir. Təəssüf ki, tərəflər hələlik geri çəkilmək niyyətində deyil. Hadisələrin gedişi göstərir ki, münasibətlər hələ bir müddət də bəyanatlarla, diplomatik təzyiqlər səviyyəsində olacaq. Ancaq hərbi gücdən total istifadəni də istisna etmək olmaz”.

Gülşən ŞƏRİF
pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi – Təfərrüat

Həbsxanada evlənən müğənni: “Heç kimin bacarmadığını etmişəm”

Azərbaycanın Milli Qəhrəmanı infarkt keçirib    

Bu həftə inanılmaz dərəcədə varlanacaq bürclər

Qərbi Azərbaycan Xronikası: Ermənistan ya xəritədən silinəcək, ya da ərazisi kiçiləcək

Arda Güler ​​üçün rəsmi təklif gəldi: Hansı komandanın heyətində oynayacaq? - Foto

Kamran Həsənlidən qalmaqallı açıqlama: “Yaxşı verilişlərin aparıcılarının saxlayanı var”

Sumqayıtda ər-arvad qətlə yetirilib: 24 yaşlı oğulları saxlanılıb - Yenilənib

Deputat: “Bu yaxınlarda parlament seçkisi olacaq”

Məşhur tikinti şirkəti BDU-nu məhkəməyə verdi

Gürcüstan prezidenti ölkəni bürüyən aksiyalara münasibət bildirdi

Ən çox oxunanalar