Cümə, 19 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Sakinlər Azərbaycan əsilli milyarderin 300 milyon dollarlıq layihəsinə qarşı


Rusiyanın Sankt-Peterburq şəhərinin sakinləri Azərbaycan əsilli milyarderlər Qod Nisanova, Zarah İliyevə onların ortaqları İlham Rəhimovun kürəkəninə məxsus “Kiyevskaya ploşad” şirkətlər qrupuna daxil olan “Optima” şirkətinin nəhəng layihəsinə etiraz edir


Virtualaz.org Rusiya mənbələrinə istinadən xəbər verir ki, sakinlər Peterburqun Slava prospektində şirkətə ayrılmış 3.6 hektarlıq ərazidə nəhəng okeanariumun və ticarət mərkəzinin tikilməsini istəmir. Və məsələ şəhər referendumuna çıxarıla bilər.


Sakinlər istəyir ki, həmin ərazi yenidən Beynəlmiləlçilər parkının ərazisinə qaytarılsın. “Optima” şirkəti əvvəlcə həmin ərazidə təkcə 25 min kvadratmetrlik  okeanarium tikəcəyini bildirmişdi. Amma sonradan 250 min kvadratmetr sahəsi olan nəhəng kommersiya layihəsi açıqlandı. Bu sahənin çox hissəsini ticarət mərkəzi tutacaq. Şirkət layihəyə 300 milyon dollara yaxın investisiya yatırmağa hazırlaşır.

Neçə vaxtdır ki, şəhər sakinləri yerli hakimiyyət orqanlarının bu layihəyə dair qərarlarını dəyişdirməyə çalışırlar. Amma şəhər Duması və qubernatora, habelə prezident Vladimir Putinə edilən çoxsaylı müraciətlər cavabsız qalıb. Şəhər meriyası layihəyə icazə versə də Peterburqun qanunverici məclisi hələ onu təsdiqləməlidir.




Qod Nisanov ötən il “Forbes”ə müsahibəsində bu layihə haqda danışmışdı və bildirmişdi ki, mərkəzdə 10 min kvadratmetrlik okeanariumla yanaşı ekstremal idman zonası, ticarət zalları, kinoteatr, restoranlar olacaq. Kompleksə ildə 1 milyondan çox adamın baş çəkəcəyi nəzərdə tutulur.

Qod Nisanov və ortaqları artıq Moskvada Ümumittifaq Sərgi Mərkəzinin ərazisində okeanarium tikib istifadəyə veriblər.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Seymur Talıbova həbs yolu göründü: Sabiq nazir məhkəməsində onu satdı...

Azərbaycanda satılan yağlarla bağlı araşdırmaların nəticələri açıqlanıb    

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi – Təfərrüat

Həbsxanada evlənən müğənni: “Heç kimin bacarmadığını etmişəm”

Məktəbin həyətində faciəvi şəkildə ölən 10 yaşlı Fərhanın fotosu

Bakıda hamamda qadınla kişinin meyitləri tapıldı

Bu həftə inanılmaz dərəcədə varlanacaq bürclər

Azərbaycanın Milli Qəhrəmanı infarkt keçirib    

"Ona məğlub olmamaq üçün bacardığınızı edin"

Çin-Rusiya münasibətləri: Müharibənin səbəb olduğu məcburi evlilik...

Ən çox oxunanalar