Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Sahib Kərimli AXCP-dən çıxarıldı


AXCP sədri postuna keçmiş namizəd Sahib Kərimli partiya sıralarından çıxarılıb


Modern.az xəbər verir ki, bu barədə Sahib Kərimli özü facebook hesabında məlumat yayıb.

"Deməli, dəfələrlə Əli Kərimlinin təşəbbüsü ilə AXCP Rəyasət Heyətində və Şəki rayon təşkilatında məni partiyadan çıxarmaqla bağlı müzakirələr açılsa da, qərar qəbul etmək mümkün olmamışdı. İndi məlum olur ki, şöbə sədri Facebook profilində qeyd yazıb ki, Şəki şöbəsinin Məclisində guya partiyadan xaric olunmağımla bağlı yekdilliklə qərar qəbul edilib. Bütün saxtakarlıqlar bir tərəfə, təkcə onu qeyd edim ki, Məclis sədri Elsad Hesenovla əlaqə saxladım, onun bu qərardan xəbəri yoxdur”.
 
Sahib Kərimli qeyd edib ki, AXCP sədri Əli Kərimli 2018-ci ilə kimi ona tanıdığı zamanı gözləməyə cəsarət etməyib, ictimai rəyi nəzərə almadan partiya daxilində alternativ fikri saxta və antidemokratik yolla susdurmaq yolunu tutub:
 
"Bəyan edirəm ki, qanuni yollarla bu qərarın saxta olduğunu sübut edəcəyəm, partiya üzvlüyümü bərpa edib, 2018-ci ildən sonra Əli Kərimlinin istefasına nail olub, demokratik qurultay keçirilməsini təmin etmək üçün sistemli fəaliyyətə başlayacağam.
 
Hələlik isə Əli Kərimli partiya üzvlərini və cəmiyyəti aldatmaqla məşğul olsun, zaman onun əleyhinə işləyir. Qərara qarşı bu gün başlayacağım fəaliyyəti öz lehinə çevirib, ictimai rəyi yenidən çaşdırmasına imkan verməyəcəyəm. Bu qədəri ilə hələlik kifayətlənirəm.
 
Buyurun Əli Kərimli, cəmiyyətdə ciddi sosial problemlər var, hakimiyyətdən narazılıq üst səviyyədədir və partiya daxilində sizə mane olan yoxdur. 2018-ci ilin prezident seçkiləri şansınız var. Bacarmayacağınız təqdirdə istefa verməlisiniz”.

pia.az 


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

 Sabiq pediatrın intiharı ilə bağlı iddialara rəsmi cavab: “Rəhbər təyinatı olmayıb” - Yenilənib, Video

Cəfər Cabbarlı haqqında məxfi həqiqətlər - Video

Nəsib Quliyev qadına görə intihar edib - Sensasialı iddia    

Ən bahalı və sağlam bitki yağları - hər kəs bunları bilmir

Niyə qızartmazdan əvvəl kartofun üzərinə un səpirlər? - Faydalı hiylə

Vətən müharibəsi iştirakçısı anasının xəstəliyini eşidib intihar edib

Firuzə İbadova: “Cavanşirsiz səhnəni tərk edirəm”

Prezident İlham Əliyevin adından Sadır Japarovun şərəfinə dövlət ziyafəti verilib - Yenilənib

Tarixdə ilk: Təhlükəli xəstəliyin müalicəsi tapıldı    

Ən çox oxunanalar