Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Saçı yağlı olan xanımlara həkim məsləhəti


Qadınların ən böyük problemlərindən biri saçlarının tez yağlanmasıdır


 Gündüzlər yuyulan saçlar günortadan sonra artıq parıldamağa, yağlı görünməyə başlayır. Nəticədə xanımlar hər gün saçlarını yumağa məcbur olur. Dermatoveneroloq Elçin Sadıqov Aile.lent.az-a bildirib ki, yağlı saç deyə bir şey yoxdur, əslində saçlı dəri yağlıdır və bu yağ saçları yağlandırır. Düz saçlı insanlarda saçlı dəridə ifraz olunan yağ gün ərzində sürətlə saçlara yayılır. Buruq saçlı insanlarda isə yağ saçlara doğru az yayılır.

Yağlı saçın zərərləri nələrdir?

Həkimin sözlərinə görə, şiddətli dərəcədə olan yağlanmanın qarşısı alınmazsa, bu, saçlarda tökülməyə gətirib çıxarır. Bundan əlavə pitrosporium adlanan və saçlı dəridə olan bir göbələk sayını artıraraq, saçlarda kəpəklənməyə və seboreik ekzemanın ortaya çıxmasına və ya alovlanmasına səbəb olur. Bu səbəblə yağlanmanın qarşısının alınması saç və saç dərisinin sağlamlığı baxımından çox vacibdir.
 
Saçlar hansı intensivliklə yuyulmalıdır?
 
E.Sadıqov deyir ki, bir çox insanlar şampunların saçlı dərini deyil, saçları yuduğunu düşünür. Əslində şampunlar saçlı dərini təmizləmək və saçın sağlam qalması üçün icad olunub. Buna görə də şampun seçimi saçlı dəriyə uyğun edilməlidir. Yağlı saçın çox yuyulması saç dərisindəki yağ hüceyrələrinin buna öyrəşməsinə və saçların daha da çox yağlanmasına səbəb olur. Ona görə də yağlı saçlar günaşırı yuyulmalıdır.
 
PİA.AZ lent.az-a istinadən yaşlı saçları olan xanımlara iki məsləhət təqdim edir.
 
Limon suyu
 
Limon suyu toksinləri təmizləyərək, saçların yağ balansını da tənzimləyir. Yaşıl limon PH səviyyəsini nizamlayır. Dərinin sağalmasına yardımçı olur. Bir miqdar su ilə limon suyunu qarışdırın və saçlarınızı şampunla yuduqdan sonra bununla saçlarınızı durulayın. Saçlarınızın yağlılığı bir müddət sonra yox olacaq.
 
Aloe-vera
 
Eyni miqdarda bir xörək qaşığı aloe-vera və bitki mənşəli şampunu qarışdırın. Dairəvi hərəkətlərlə dərinizi bu qarışımla masaj edin. Dırnaqlarınızı saç dərisinə sürtməyin. Bunu həftədə 3 dəfə, ya da hər gün edin.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

TƏBİB Cavanşir Məmmədovun ölümü ilə bağlı məlumat yayıb - Yenilənib

Məhkum ana həbsxanadakı ən çarəsiz gecəsindən danışdı: “Qandalı açıb polisə verdim ki...” - Video

“Toyota Prius”ların qiymətindəki ucuzlaşma nə qədər davam edəcək?

Baha satılan və ucuz alınan brilyantla bağlı araşdırma - Video

Ermənistan ordusu Qazaxın dörd kəndindən çıxarılır  

Dörd kəndin qaytarılması Qazaxda sevinclə qarşılanıb

Azərbaycanda 42 yaşlı prokuror qəfil vəfat etdi

Hindistanın ilk şəhər hava taksisi işə başlayacaq

Azərbaycana qaytarılan dörd kəndin sakinləri danışdılar - Video

Ən çox oxunanalar