Bu dəqiqələrdə Sabunçu rayon Mərkəzi Xəstəxanası polis mühasirəsinə alınıb
Xəstəxanaya heç kim buraxılmır.
Gunxeber.com-a daxil olan məlumata görə, Nardaranda atışma baş verib və yaralılar xəstəxanaya gətirilib. Polis isə qanlı olayın xəstəxanada da davam edəcəyindən ehtiyyat edir. Xəstəxanaya buraxılmayan xəstə yaxınları çox narahatdırlar. Hadisənin təfərrüatlarını öyrənməyə çalışırıq.
***
Hadisənin vəhabilərlə yerli dindarlar arasında baş verdiyi və bir neçə nəfərin öldüyü bildirilir. Yaralılar isə Sabunçu xəstəxanasında olduğundan polis oraya basqın ediləcəyindən narahatdır.
pia.az