Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Sabiri necə tənqid etməli?


İlham Tumas yazır


Abbasoğlu danlayır ki, niyə yazmırsan, əvvəllər, yadındadımı, qəşəng yazıların olurdu. Özü də təkcə o danlamır. Elə yazılarımla tanış olanlar da qınayırlar ki, hanı o yazılar? Hə, əlbəttə, yadımdadı o yazılar... Vanqa, Rasputin, leytenant Şmidt, Zorge, Merejkovski, Neron, anası Aqrippina, onların başına gələnlər və sair... Nə bilim, yüzlərlə portret yazılar olub.

İndisə yazmıram. Bilirsiniz, onları niyə yazırdım? Çünki o vaxtlar internetdə bir axtarış verəndə bu adamlar, yaxud hadisələr haqqında dilimizdə demək olar, heç bir material çıxmırdı. İndi şükür, xeyli zənginləşmişik. Ona görə, hardansa bir yazı sifarişi alanda, birinci həmin mövzu ilə bağlı nəyin olub-olmamasını yoxlayıram. İnternetdə varsa, yazmaram, vaz keçərəm. Neynyim, əsrimiz internet əsridir. Hə, əlbəttə, bir mövzunun yüz tərəfi var, ancaq etiraf edim, mən hansısa yeni bir şey yazmıramsa, mövzuya, necə deyərlər, öz töhfəmi vermirəmsə, araşdırıb nəyisə gün işığına çıxramıramsa, çevir tatı, vur tatı nəyə lazımdır? Belə olan halda qələmə güc verib, niyə özümü abırdan salım? Adamın gərək abrı olsun axı...

...İllər əvvəl bizim gənclər müstəqil sözü hər şey kimi başa düşüb erotik hekayələr, hətta guya romanlar yazanda, deyirdim ki, ay bala, bu yazdıqlarının min qatını və minqat gözəlini, minqat ibrətamizini hələ orta əsrlərdə Bokaççio “Dekameron”da yazıb, indi sənin yazdıqların erotika deyil, üzrlər, pornoqrafiyadı.

...Yenə illər əvvəl - cahillik dövrümdə rəhmətlik Tofiq Hacıyevdən soruşdum ki, Tofiq müəllim, niyə, məsələn, rus tarixində Puşkinə qarşı Pisarev tənqidi var, ancaq bizdə belə şeylər yoxdu? Dedi, ay oğul, niyə yoxdu ki, bizdə də “Molla Nəsrəddin”ə qarşı çıxan Əli bəy Hüseynzadə var. Yaxud, Səməd Vurğun Cavidin yazdıqlarını bəyənmirdi.

... Hə, əlbəttə, yenə kimsə mənim kimi cahillik dövrünü keçirər və düşünər ki, Mirzə Cəlili, Sabiri, Cavidi, qeyrilərini tənqid eləmək və onların ideyalarını, dilini, yazdıqlarını bəyənməmək olar. Olmazmı? Əlbəttə olar! Ancaq bir şey olmaz! Gərək cahiliyyə dövrünü keçirən cahil bilsin ki, biri var, bəyənməmək, biri də var, bəyənməməyini yazı ilə bəyan eləmək. Hə, bax, ikincini eləyən adam gərək yazılanları, deyilənləri təkrarlamasın. Axı kimlərsə bunu yazıblarsa, yazılanları təzədən yazmağa nə hacət var? Yazılırsa, deməli, həmin yazar neyniyir? Özünü gözə dürtür, özünü söydürməklə (tək özünümü? Yox, təcrübə göstərir ki, tək özü söyülmür!) adının dillərdə dastan olmasını istəyir ki, bu da çox axmaq şeydir, yaxud səydəşlikdir.

Yox, mən demirəm, klassik kimi qəbul olunan, xalqın sevdiyi ismləri tənqid eləmək olmaz. Ancaq bunu eləyən gərək həmin adamları əzbərdən bilsin, gecəli-gündüzlü onların cikini-bikini öyrənsin, onun haqqında yazılanları oxusun, sonra başlasın ki, hə, “bu, bu”, “o, o” şeylərə görə mən filankəsov bəhmənkəsi bəyənmirəm, onu tənqid edirəm. Əks halda, Heminqueyin məşhur hekayəsinin qəhrəmanının gününə düşəcək: tank qarşısında kəpənək olacaq...

...Hə, bir də, siz ölənlərinizin goru, bu uşaqları korlamayın, nooolar, vallah, yazıqdılar. Küyə basıb, ortabab bir status səviyyəsində olan yazısını tərifləyib qoltuğuna qarpız verməyin “körpələrimizin”...

... O gün bəndənizin verilişlərinin birində gənc yazarımızın “söz azadlığında hətta yalan da yazmaq olar” sözü məni necə üşüdübsə, özümə gələ bilmirəm. Bilirsiniz niyə? Çünki o gənc qadasın aldığım sözə qarşı bu əxlaqsız münasibətə sidqi-ürəkdən inanırdı.

Azad söz həm də yalan demək azadlığıymış, eləmi? Heyf... (lent.az)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

 Sabiq pediatrın intiharı ilə bağlı iddialara rəsmi cavab: “Rəhbər təyinatı olmayıb” - Yenilənib, Video

Azərbaycanı görünüşü ilə heyrətə gətirən uşağın atası danışdı - Video

Azərbaycanın ixrac etdiyi qara kürünün qiyməti açıqlanıb

Özünü güllələyən məşhur pediatr kim idi? - Dosye

Bərdədə qaçırılan 23 yaşlı qızın ailəsinə təhvil verilməsinin təfərrüatı məlum olub - Yenilənib

Faiq Ağayevdən Brilliant Dadaşovaya gözlənilməz sözlər - Video

Qadının üzərinə benzin tökərək yandırdığı deyilən kişi məmur oğlu imiş - Açıqlama

Qeyri-neft sektorunun inkşafı və Dövlət İnvestisiya Şirkətinin batırdığı sərmayələr... - I yazı

Bakıda dələduz şəbəkə peyda olub - Mənzil və obyekt sahibləri ehtiyatlı olun

Laçında xarici ekspertlərin iştirakı ilə beynəlxalq konfrans işə başlayıb - Yenilənib

Şoyqunun həbs edilən müavini Alina Kabayeva ilə eyni qəsəbədə villa tikdirib

Ən çox oxunanalar