Sabirabad rayonunun Həşimxanlı kəndində “Jeep” markalı minik avtomobili su kanalına aşıb
FHN-dən APA-ya verilən məlumata görə, hadisə yerinə cəlb olunmuş Dövlət Yanğından Mühafizə Xidmətinin yanğınsöndürən-xilasediciləri minik avtomobilində olan sərnişin, 1985-ci il təvəllüdlü Mirzəyev Anar Ramiz oğlunun cəsədini deformasiyaya uğramış nəqliyyat vasitəsindən çıxarıb, aidiyyəti üzrə təhvil veriblər.
pia.az