Çərşənbə, 24 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Sabirabadda pambıq yığımına həsr olunmuş ümumrayon müşavirəsi keçirilib

Sabirabad rayon Mədəniyyət Mərkəzində pambıq yığımı ilə əlaqədar muşavirə keçirilib


Tədbirə ərazi icra nümayəndələri, bələdiyyə sədrləri, şirkət təmsilçiləri, qərargah üzvləri, kənd təsərrüfatına xidmət edən müəssisələrin, idarə və təşkilatların rəhbərləri dəvət edilmişdilər.

Müşavirədə rayon İcra Hakimiyyətinin başçısı Nazim İsmayılov çıxış edərək bildirmişdir ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev aqrar sahənin inkişaf etdirilməsini əsas vəzifə kimi qarşıya qoymuşdur. Ölkə rəhbəri pambıqçılığın inkişaf etdirilməsinə xüsusi önəm verir. Bütün bunlar isə kənddə yaşayanların maddi vəziyyətlərinin yaxşılaşmasına xidmət edir.
 N.İsmayılov vurğulamışdır ki, cari ildə rayonda 15 min hektardan çox sahədə pambıq əkilmişdir. Sahələrə aqrotexniki qaydada qulluq edilmiş, bol məhsul yetişdirilmişdir. İndi əsas vəzifə gərgin zəhmət bahasına yetişdirilmiş məhsulu vaxtında və itkisiz yığmaqdan ibarət olmalıdır. Bu günə qədər tarlalardan 283 ton pambıq toplanmışdır. Bu isə olduqca azdır. Pambığın son qozasınadək yığılıb tədarük məntəqələrinə göndərilməsi üçün bütün qüvvələr səfərbər olunmalıdır. Pambıqyığan maşınların gücündən maksimum səmərəli istifadə edilməlidir. Pambıq yığımının sürəti artırılmalıdır. Eyni zamanda gələn ilin məhsulu üçün sahələr də indidən müəyyənləşdirilməlidir.

Yığıncaqda rayon Kənd təsərrüfatı idarəsinin rəisi Heydar Yaqubovun məlumatı dinlənilmişdir.

Rayon İcra Hakimiyyətinin başçısı qarşıya çıxan problemlərdən, çətinliklərdən və onların aradan qaldırılması yollarından da danışmış, tapşırıq və tövsiyələrini vermişdir.

pia.az

Fotolar




Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bu günə toyu təyin edilmişdi, özünü asdı: Qəbələdəki faciənin təfərrüatı

Bağanis Ayrımda viran qalan evlərimiz: Şərti sərhədin Qazax istiqamətində son durum - Yenilənib, Fotolar

Kommunal Təsərrüfat müdiri icra başçısı olmağa çalışır...

Rusiya müdafiə nazirinin müavini Timur İvanov saxlanılıb

Peskov: "Şoyqunun müavininin saxlanılması barədə Putinə məruzə edilib"

Azərbaycanda yeni dövlət rüsumu müəyyənləşir    

Sabiq deputatın qardaşı oğlunun 350 min vergi borcu var

Azərbaycan və Ermənistan arasında delimitasiya prosesi başladı - Rəsmi

Növbəti köç karvanı Füzuliyə çatıb, açarlar təqdim olunub - Yenilənib

Zülfiyyə Bayramovanın mədəsində yenidən şiş aşkarlandı - Foto

Ən çox oxunanalar