Axşam saatlarında Sabirabad rayonunun Cavad kəndi ərazisində yol-nəqliyyat hadisəsi qeydə alınıb
Məlumata görə, Cavad kənd sakini, 34 yaşlı Elgül Elşad oğlu Cəbrayılovun idarə etdiyi “VAZ 2107” markalı avtomobil dəmir-beton dirəyə çırpılıb.
Nəticədə sürücü və avtomobildə olan sərnişin 1989-cu il təvəllüdlü Qədirov Davud müxtəlif dərəcəli bədən xəsarətləri ilə Sabirabad Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.
pia.az