Sabirabad rayonunda bıçaqlanma hadisəsi baş verib
Sabirabad şəhər sakini Amid Gülxan oğlu Əsgərov sol kürəyinin kəsilmiş-deşilmiş yarası ilə Sabirabad Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.
Xəstəxanada həkimlər tərəfindən ona ilkin tibbi yardım göstərilib.
Faktla bağlı araşdırma aparılır. (“Report”)
pia.az