Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Sabiq nazirin qohumu psixotrop dərman satırmış - Həbs olundu

Bakıda bir neçə gün əvvəl həbs edilən dərman alverçisi ilə bağlı gizlin məqamlar üzə çıxıb


İnsanları zəhərləməklə qazanc əldə edən şəxs keçmiş nazirin yaxın qohumudur.

Xatırladaq ki, tutulan şəxs Nəsimi rayonu, Asif Məhərrəmov küçəsi 11 ünvanında yerləşən ``Çinar farm`` adı altında fəaliyyət göstərən aptekin sahibi Natiq İdris oğlu Qasımovdur. Həmin şəxsi tanınmış vəkil Aslan İsmayılov ötən il, iyunun 8-də videoçəkiliş apararaq ifşa edib. Vəkil həmin aptekdə Lirika, Tromodol, Tromol, Siklodol kimi dərmanların reseptsiz satıldığını bildirməklə yanaşı, özü həmin aptekin qarşısında dayanaraq gizli çəkiliş aparıb, yüzlərlə gəncin həmin aptekdən qadağan olunmuş dərmanları aldığının şahidi olub. 

Sabiq nazir <a href=Əli Abbasovun yaxın qohumu həbs olundu">
Natiq Qasımov

Bir neçə gün əvvəl isə Səhiyyə Nazirliyi və Bakı Şəhər Prokurorluğunun əməkdaşları tərəfindən əməliyyat keçiirildi və N.Qasonov tutuldu. Faktla bağlı Cinayət Məcəlləsinin 308.2 (Vəzifə səlahiyyətlərindən sui-istifadə) və 240.3.2-ci (Güclü təsir edən və ya zəhərli maddələrin satış məqsədilə qanunsuz dövriyyəsi: güclü təsir edən maddələrə münasibətdə külli miqdarda törədildikdə) maddələri üzrə cinayət işi başlanıldı.

Criminal.az saytına daxil olan məlumatda bildirilir ki, N.Qasımov sabiq Rabitə və İnformasiya Texnlogiyaları naziri Əli Abbasovun yaxın qohumudur. Xəbərlər var ki, qohumluq əlaqələrindən istifadə edərək həbsdən azad olunmağa çalışır. 

Məsələ ilə bağlı Nəsimi rayon Prokurorluğuna sorğu etdik. Araşdırmadan sonra cavab veriləcəyi bildirildi. 

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - Video

BMT Baş katibi azərbaycanlı diplomatı yüksək vəzifəyə təyin edib

Azərbaycanda taksilərdə gediş haqqı lövhəsinin nümunəvi forması açıqlanıb

Uçot dərəcəsi endirilir, amma kredit faizləri azalmır. Nədən...

Ən çox oxunanalar