Xəbər xətti

17 OKTYABR

11:55 Tramp Asiya turnesinə çıxır

11:52 Daha iki Avropa şirkəti “Şahdəniz” qazı alacaq

11:49 Bakıda məktəbdə şagirdlər arasında insident

11:45 6 tələbənin ölümü ilə bağlı kompensasiya ödənilib

11:41 “Ermənistan Azərbaycan Ordusunun hərbi-strateji üstünlüyünü qəbul edə bilmir”

11:37 Amerika seçkilərinə internet-müdaxiləyə Ceyhun Aslanov başçılıq edib

11:32 Qarabağda itkin düşən azərbaycanlıların sayı dəqiqləşdirildi

11:29 Qırğızıstan Astanadan Sərkisyana şikayət etdi

11:25 Azərbaycanlı ifaçı “O səs Türkiyə”də münsifləri kövrəltdi

11:22 Prosineçki: “İş tapmaq asan deyil”

11:17 Yazıçılar Birliyində öldürülən məşhur yazıçı

11:14 Sabah Azərbaycan-Rusiya sərhədində yeni körpünün tikintisi başlayır

11:10 Sahibkarlara qan udduran, rayonu cəhənnəmə çevirən, milyonluq villası olan icra başçısı – Goranboyda nə baş verir?

11:06 5 yaşlı qızını zəhərləyən ana

11:03 İŞİD-dən Kərkükə hücum: 2 kənd işğal olundu

10:58 Məşhur müğənni avtomobil qəzasına düşdü

10:53 Bakıda iki qadın intihar edib

10:49 “Best Model Of Turkey - 2017”nin qalibləri məlum oldu

10:47 Politoloq: “Bərzani siyasi cəhətdən ciddi səhvə yol verdi”

10:46 Şirkət rəhbəri özünü iş yerində öldürdü

10:42 Vasif Talıbov: “Yaradılan şəraitdən səmərəli istifadə olunmur”

10:39 “Hüseyn Abdullayevlə Rəsul Quliyev müxalifətin namizədi ola bilməyəcəklər”

10:35 BMT baş katibi Əliyev-Sarkisyan görüşü haqda

10:31 Yağışlı hava şəraiti bu gün axşamadək davam edəcək

10:27 Manatın məzənnəsi

10:20 Bəzi rayonlara qar yağıb - Faktiki hava

10:16 Bakıda məktəbdə şagirdlər arasında qanlı dava

10:00 Azərbaycan neftinin qiyməti 59 dollara çatdı

9:56 Mourinyo maaşının artırılmasını istəyir

9:52 Bakı-Sumqayıt şosesində qəza baş verib

9:48 Tramp: “ABŞ İraqdakı münaqişədə tərəf tutmayacaq”

9:44 Zakir Həsənov Hulusi Akarla görüşüb

9:40 Nazirlikdən əcaib artım arqumenti: “Əhali çox yeyir...”

9:36 Qızıl 8 dollardan çox ucuzlaşıb

9:32 Tonqa sahillərində 5,6 bal gücündə zəlzələ baş verib

9:28 Həmsədrlərdən Qarabağla bağlı razılaşma xəbəri - Əslində isə...

9:24 Azərbaycan, Gürcüstan və Türkiyə Silahlı Qüvvələri rəhbərlərinin görüşü keçiriləcək

9:20 Atəşkəs rejimi 105 dəfə pozulub

9:16 Tramp Yaponiyaya səfər edəcək

9:12 “Eldar Mahmudovun həbs təhlükəsi hələ də sovuşmayıb, amma...”

9:08 İrəvanın Türkiyə və Azərbaycan xofu, NATO xiffəti - Seçim yaxınlaşır

9:04 BMT baş katibi prezidentlərin danışıqlarını alqışlayıb

9:00 Fikrət Hüseynli həbs olundu, Elşad Abdullayev onu ittiham etdi

0:55 “Ermənistan bizim aldığımız silahların heç 10 faizini də ala bilməz”

0:42 Məşhur kanslerin türk nəvəsinə mirası açıqlandı

0:37 IMF inkişafda olan ölkələrə xəbərdarlıq edib

0:24 “Wi-Fi” şifrləmə protokoluna müdaxilə edilib

0:12 Dubay polisi uçan motosikletdə gəzəcək

0:03 Bu gün bürcünüz nələr vəd edir?

16 OKTYABR

23:57 Bu yolda sürət həddi azaldı

23:41 Brayza: “Bu, Qarabağla bağlı ən müsbət bəyanatdır”

23:38 Suriya ordusu İsrailin hərbi təyyarəsini vurdu

23:26 Salehi: “Peşmərgələr buradan uzaqlaşdırıldı”

23:14 Qırğızıstanda müxalifət etiraz aksiyası keçirir

23:08 İrlandiyada qasırğa nəticəsində 360 min ev işıqsız qaldı

22:51 Əbülfəz Qarayev “Rossiya 24” kanalına müsahibə verib

22:44 ABŞ İraq ordusunun Kərkükə girməsini təsdiqlədi

22:34 “Suriyada antiterror əməliyyatı başa çatmaq üzrədir”

22:26 Premyer Liqa klubu satışa çıxarıldı

22:12 İstanbulda 39 İŞİD üzvü saxlanılıb

22:08 Anadangəlmə qüsurların əsas səbəbi aşkar olunub

21:52 Ötən gün 78 cinayət faktı qeydə alınıb

21:47 SOCAR büdcə ödənişlərini açıqladı

21:35 Bu il 150 minə yaxın daşınmaz əmlaka çıxarış verilib

21:22 Bəhreyn Rusiyadan S-400 alacaq

21:18 Azərbaycandan Gürcüstana pul köçürmələrinin həcmi bəlli oldu

21:06 “Maşın” şoudan MTRŞ-yə cavab

20:53 Şimali Koreya rəsmən danışıqlardan imtina etdi

20:49 Rusiya tezliklə öz kriptovalyutasını buraxacaq

20:38 Aslan İsmayılov Binəqədi Rayon Polis İdarəsində dindirildi

20:26 Xaçmazda “Mercedes” at arabası ilə toqquşdu: 1 ölü

20:12 Kərkük tamamilə rəsmi Bağdadın əlinə keçdi

20:07 İraqın şimalında Türkiyənin 2 hərbçisi şəhid olub

19:59 Direktorun əri məktəb psixoloqunu döydü

19:55 Nazirlikdə yeni şöbə müdiri təyinatı: Novruzov kimdir?

19:50 Bakıda gənc oğlan intihar etdi

19:46 NATO Rusiya sərhədlərində təlimə başladı

19:41 Netanyahu: “Tramp uzaqgörən addım atdı”

19:36 Vüqar Rəhimzadə: “Minsk Qrupu işğalçıya dəstək nümayiş etdirir”

19:31 Müxtəlif rayonlardan olan quldur dəstəsi yaxalandı

19:26 Rusiya Şimali Koreyaya qarşı sanksiyalar tətbiq etdi

19:21 Abbas Faiq Ağayevə söz atdı

19:16 Sarkisyan: “Qarabağ probleminin həlli ilə bağlı konkret razılaşma yoxdur”

19:11 “Android”də yeni təhlükə aşkarlandı

19:06 Türkiyə İraqın şimalına hava məkanını bağlayır

19:02 “Ermənistan beynəlxalq təzyiqlər nəticəsində yenidən danışıqlar masasına qayıtdı”

18:56 “Unibank” və “Dəmirbank” birləşir?

18:52 Metro gücləndirilmiş iş rejiminə keçəcək

18:48 Leyla Əliyeva: “Məqsədimiz ailələrin rifahını yaxşılaşdırmaqdır”

18:44 Həbsdə olan polkovnik: “Pul alan olsaydım, niyə “Hilton”u seçirdim”

18:38 Nazarbayevdən Qırğızıstan Respublikasının yeni seçilən prezidentinə təbrik

18:33 Rəqqasə Oksana: “Kişilər məni depressiyaya salır”

18:28 “Cinsi azlıqlar məsuliyyətdən yaxa qurtarmağa çalışırlar”

18:23 Gənclər və İdman Nazirliyində yeni təyinat

18:19 “Facebook” kəşfiyyatçıları işə götürəcək

18:13 Qırğızıstanda müxalifət etiraz aksiyası keçirir

18:08 ABŞ Ankaraya nümayəndə heyəti göndərdi

18:04 İspaniya hökuməti Kataloniyaya yenidən vaxt verib

18:00 Mütəxəssislər: “iPhone”un cəld işləməsi üçün yaddaş təmizlənməlidir

17:56 “Kərkükdə yeni üsul-idarə qurulması üçün İraq hökluməti ilə danışıqlar aparırıq”

17:51 Metro gücləndirilmiş iş rejiminə keçəcək

17:46 “Bu dünyada sülh və təhlükəsizliyə təhdiddir”

17:41 Dolların sabaha olan məzənnəsi açıqlanıb

17:35 “Atletiko”nun Bakıya gələcək heyəti açıqlandı - Siyahı

17:30 İraq-Kürdüstan qarşıdurması: Kürdlər Kərkükdə şiə məscidini atəşə tutaraq ölüm törədiblər

17:24 Həmsədrlər xarici işlər nazirləri ilə yaxın vaxtlarda görüş keçirəcəklər

17:19 Şəkidə yol polisi əməkdaşları sürücünü döyüb ölümcül hala saldılar

17:13 “Kişilər məni depressiyaya salır” - Oksana

17:06 “Prezidentlər gərginliyi azaltmaq üçün əlavə addımlar atmağa razılaşdılar”

17:01 Azərbaycan prezidentinin İsveçrəyə səfəri başa çatıb

16:56 MTRŞ-dən “Maşın –şou”ya xəbərdarlıq

16:51 “Növbəti Bakı Şopinq Festivalında mütləq iştirak edəcəyəm”

16:45 Gəncədə 49 yaşlı kişi intihar edib

16:40 “Qarabağ”-“Atletiko” oyununun hakimləri Fransadan olacaq

16:13 Azərbaycanda böhtana görə yeni cəza tətbiq ediləcək

16:08 Azercell “Məzun - 2017”-də tələbələrə dəstək oldu

16:03 Nazir: “Yeni peşə mərkəzlərin istifadəyə verilməsi vacibdir”

15:58 Azərbaycan millisi FİFA reytinqində 115-ci pilləyə düşüb

15:53 Lerik və Masallıda yeni sürüşmə sahələri yaranıb

15:49 Azərbaycan və Gürcüstan müdafiə nazirlərinin görüşü keçirilib


GÜNDƏM

...

Sabiq nazirin 100 milyondan çox borcu var - Heydər Babayev “yoxa olur”

Tarix 29.09.17, 9:49

Font ölçüsü : - / +
bitmap-img6


“Bank Standart” maxinasiyası sabiq nazirə təhlükə yaradıb; Respublika Prokurorluğunun “Bank Standard”la bağlı cinayət işi açması və prezidentə müraciətdən sonra sabiq iqtisadi inkişaf naziri şirkətlərindən imtina edir və əmlaklarını satışa çıxarır; ona niyə “heç nəyi sata bilməzsən” mesajı verilib?


“Bank Standard” QSC-nin lisenziyasının ləğv olunması, bankının idarə heyətinin sabiq sədri Səlim Krimanın ölkədən qaçması, “Çudo Peçka” və “ÇP Aqro” MMC-lərinin təsisçisi Çingiz Cəlilovun isə həbsi Heydər Babayevdə ciddi panika yaradıb. 

2008-ci il prezident seçkilərindən sonra hökumətin tərkibindən uzaqlaşdırılan sabiq iqtisadi inkişaf nazirinin qurduğu biznes imperiyasına ciddi təhlükə var.

Qeyd edək ki, hazırda Baş Prokurorluq  “Bank Standard”la bağlı başlamış cinayət işinin istintaqını davam etdirir.        

Keçirilmiş istintaq-əməliyyat tədbirləri ilə müəyyən edilib ki,   “Çudo Peçka” və “ÇP Aqro” MMC-lərin təsisçisi Cəlilov Çingiz Asim oğlu “Bank Standard” QSC Kommersiya Bankının İdarə Heyətinin sədri olmuş Kriman Səlim Eldaroviçlə qabaqcadan razılaşmaqla əlbir olaraq həmin dövrdə banka müxtəlif mənbələrdən, o cümlədən xarici və daxili investorlardan və depozitlərdən daxil olmuş külli miqdarda pul vəsaitləri hesabına 21 milyon 874 min manat məbləğində krediti bankın Müşahidə Şurasının razılığı olmadan dəyəri süni olaraq artıq qiymətləndirilmiş əmlakları girov qoymaqla özünün, yaxın qohumlarının və qohumluq münasibətində olduğu, eləcə də rəhbərlik etdiyi cəmiyyətlərdə işləyən ayrı-ayrı şəxslərin adlarına guya bağ evinin alınması, mənzil təmiri, torpaq alınması və bu kimi digər təyinatlarla rəsmiləşdirilməsinə nail olmuş, daha sonra qeyd olunan kredit müqavilələri əsasında banka guya külli miqdarda kredit borcu olduğu görüntüsünü yaradaraq bir neçə dəfə restrukturizasiya (kreditin və ya onun ödənilməsi şərtlərinin dəyişdirilməsi) etdirməklə mənimsədiyi 13 milyon 962 min manat pul vəsaitini Səlim Krimanla öz aralarında bölmüşdür. Ç.Cəlilovun qeyd edilən kredit məbləğlərini bankın vəzifəli şəxsləri ilə əlbir olaraq öz qulluq mövqeyindən istifadə etməklə təyinatından yayındırmaqla şəxsi ehtiyaclarına xərcləməsində şübhələr üçün əsaslar yarandığından ona Cinayət Məcəlləsinin 179.3.2 (külli miqdarda mənimsəmə və ya israf etmə, yəni təqsirkara etibar edilmiş özgə əmlakını talama) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə ağır nəticələrə səbəb olduqda) maddələri ilə ittiham elan olunmaqla barəsində məhkəmənin qərarı ilə həbs-qətimkan tədbiri seçilib.


Hazırda cinayət işi üzrə qeyd olunan qanunsuz halların tam və hərtərəfli araşdırılmaqla digər təqsirli şəxslərin dairəsinin müəyyənləşdirilərək məsuliyyətə cəlb edilmələri, habelə vurulmuş ziyanın ödənilməsinin təmin edilməsi istiqamətində zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.

***

Heydər Babayevin ailəsinə məxsus  “AB Standard” QSC-nin tərkibinə  lizinq, sığorta, bank, hüquq, istehsal, hotelçilik və digər sahələrə aid bir neçə şirkət daxildir. Hazırda holdinqə “Standard Lizinq” QSC, “Standard Kapital” MMC, “AJC” MMC (daşınmaz əmlak idarəçiliyi), “AB Skybell” MMC (telekommunikasiya-bu şirkət çoxdan fəaliyyət göstərmir), “Dərnəgül Boru Zavodu” QSC və “Lənkəran Mehmanxana” QSC daxildir.

Başqa oliqarxlardan fərqli olaraq, H.Babayev  holdinqin  səhmlərinin 100 faizinin ona aid olduğunu gizlətmirdi. Ötən ilin sentyabrında “Bank Standard”ın lisenziyasının ləğvi, həbslər və müştərilərə olan borcun hələ də qaytarılmaması isə H.Babayevi başqa taktika seçməyə məcbur edib. AzadlıqRadiosunun son araşdırmasında deyilir ki, “Standard Lizinq” 2016-cı ildə 1.3 milyon manat zərərə uğrayıb. Dərnəgüldəki plastik boru zavodunun 2016-cı ilin əvvəlinə ödənilməmiş zərəri 8 milyon manata çatırdı. Lənkəranda “Qala” adı ilə tanınan mehmanxana da holdinqə xeyir gətirmir.


H.Babayevin vəziyyəti son aylar daha da pisləşdiyindən bir neçə gün əvvəl holdinqin rəhbərliyində müəmmalı dəyişiklik olub. Uzun illər “AB Standard” QSC-yə rəhbərlik etmiş Oruc Heydərov bu yaxınlarda vəzifəsini Hadi Məmmədova ötürüb. Vergilər Nazirliyinin məlumat bazasında da bu fakt təsdiqini tapıb. O.Heydərov bu ilin aprelində təyinat aldığı “Standard Insurance” sığorta şirkətində Müşahidə Şurasının sədri vəzifəsində qalır. Yeri gəlmişkən, mediada H. Babayevin sahibi olduğu “Standard İnsurance Georgiya” şirkətinin onun tərəfindən gizli şəkildə öz həyat yoldaşı Aliyə Babayevaya satıldığı barədə xəbər yayıb.

Holdinq ərtafında çənbərin daralması, Respublika Prokurorluğunun “digər təqsirli şəxslərin dairəsinin müəyyənləşdirilərək məsuliyyətə cəlb edilmələri” barədə bəyanatı H.Babayevi özünü “sığortalamağa” məcbur edib. Şirkətlə bağlı yuxarıda qeyd etdiyimiz dəyişikliklər də buna işarə ola bilər.


“Yeni Müsavat”a etibarlı mənbədən sızan xəbərlər də kifayət qədər sensasiondur. Bildirilir ki, H.Babayevin özünün  100 milyon manatdan çox borcu var. Bura  “Standard Bank”ın müştərilərinə olan borcu daxil deyil.  Yada salaq ki,  Əmanətlərin Sığortalanması Fondunun məlumatına görə, “Bank Standard”ın 1,2 milyard manat borcu var.  Bunun yalnız 462 milyon manatını sığortalanan əmanətlər təşkil edir.  

Heydər Babayevin şirkəti “AB Standard” isə bu zərərlərə görə yalnız təsisçi kimi onun kapitalına sərmayəsi həddində - 75 milyon manat həcmində öhdəlik daşıyır. Yəni qanunvericiliyə görə, holdinqdən onun başqa əmlakını bu bankın zərərini ödəməyi tələb etmək olmaz.

***

Məhz bu və hələ ki məlum olmayan digər səbəblərdən H.Babayev yavaş-yavaş “yoxa çıxır”. İddialara görə, sabiq nazir bütün əmlakını satıb ölkədən getmək istəyir. Bu xəbərlər ləğv prosesində olan “Bank Standard”ın  Kreditorlar Komitəsinin bir neçə gün əvvəl prezident İlham Əliyevə və birinci vitse-prezident Mehriban Əliyevaya müraciət etdiyi bir vaxta təsadüf edir. Belə güman etmək olar ki, “Bank Standart” maxinasiyası “Beynəlxalq Bank işi” qədər sensasion həbslərlə müşahidə oluna bilər. Bildirilir ki, H.Babayevin əmlaklarını satması barədə xəbər dərhal hakimiyyətdə müəyyən dairələrin narazılığına səbəb olub. H.Babayevin ona vaxtilə verilən səlahiyyətlərdən istifadə edərək özünə  böyük bir biznes şəbəkəsi qurması, indi isə az qala yarıgizli şəkildə bunları satışa çıxarması və ya təsisçilərini dəyişməsi iqtidarı narazı salıb. Mənbə deyib ki, sabiq nazirə “heç nəyi sata bilməzsən” mesajı da artıq verilib.

Bəs bundan sonra nə olacaq? H.Babayev üçün hansı yol görünür? Yolun sonuna gəldimi?

Güman ki, yaxın günlərdə bu suallara böyük ölçüdə aydınlıq gələcək...(musavat.com)

pia.az










Bu xəbərə şərh yaz

Şərh əlavə olunmayıb


GÜNDƏM

design-img

Vernisaj

“Eldar Mahmudovun həbs təhlükəsi hələ də sovuşmayıb, amma...”

bitmap-img3

Rakurs

Yusif Yusifov Elmar Vəliyevə qarşı: Gizli savaşın aşkar görüntüləri

bitmap-img3

Seçmələr

Deputat Şəmsəddin Hacıyev həbs oluna bilər

bitmap-img3


Arxiv
Poliqon Informasiya Agentliyi

Powered by BizimHost - Designed by Camil.I




Рейтинг@Mail.ru
Рейтинг@Mail.ru