Cümə, 19 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Sabiq nazir valyutadəyişmə məntəqlərinə qarşı çıxdı

“Valyutadəyişmə məntəqələrinin banklardan, onların filiallarından və nümayəndəliklərindən kənarda açılmasının tərəfdarı deyiləm”


Bunu sabiq maliyyə naziri, “Ekonomiks” Beynəlxalq İqtisadi Araşdırmalar Birliyinin sədri Fikrət Yusifov bildirib. O qeyd edib ki, bunun acı nəticələrini 2015-ci ildə manatın iki kəskin devalvasiyası zamanı gördük:

“Heç bir banka aidiyyatı olmayan valyutadəyişmə məntəqələri valyuta bazarında yersiz gərginlik yaratmaqla on milyonlarla pul qazandılar. İtirən isə sadə insanlar və dövlət oldu. Bu səhvlərin təkrar olunmasına ehtiyac varmı? Kim zəmanət verir ki, neftin qiymətində kəskin azalmalar baş verəcəyi təqdirdə bu məntəqələr yenə də böyük spekulyasiya mərkəzinə çevrilməyəcəklər?”

F.Yusifov qeyd edib ki, Rusiyada, Türkiyədə və başqa ölkələrdə valyutadəyişmə məntəqələri bir qayda olaraq bankların özündə, onların filiallarında və ya nümayəndəliklərində fəaliyyət göstərirlər:

“Valyutadəyişmə məntəqəsinin hansı banka aid olduğunun bilinməsi çox önəmli bir məsələdir. Bu, həm də ölkənin maliyyə təhlükəsizliyi, terrorun və başqa neqativ əməllərin maliyyələşdirilməsinin qarşısının alınması nöqteyi-nəzərindən çox vacibdir. İki ilə yaxındır ki, bu məntəqələr bağlanıb. Bu iki ildə nə baş verib? Bu gün kimsə hansısa bankda, onun filialında və ya nümayəndəliyində fəaliyyət göstərən valyutadəyişmə məntəqəsində valyuta alıb-satmaqda çətinlik çəkirmi? Məncə, yox. Bəs onda biz yenidən əvvəlki vəziyyətə hansı məntiqlə qayıdırıq?”

Ekspert onu da bildirib ki, hansı banka mənsub olduğu bilinməyən belə valyutadəyişmə məntəqələrində neqativ halların daha çox baş verəcəyi də istisna deyil: “Belə məsələlərdə bankın məsuliyyəti ilə 6 kvadratmetr sahədə yerləşən müstəqil valyutadəyişmə məntəqəsinin məsuliyyəti eyni ola bilməz. Əgər doğrudan da ölkədə və Bakı şəhəri də daxil olmaqla iri şəhərlərdə valyutadəyişmə məntəqələrinə tələbat artıbsa, onda vəziyyətdən daha düzgün çıxış yolu konkret olaraq hansısa banka məxsus bir neçə ixtisaslaşmış iri və çoxlu sayda müştəriyə eyni zamanda xidmət etmək iqtidarında olan valyutadəyişmə məntəqələrinin açılması ola bilər”.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Seymur Talıbova həbs yolu göründü: Sabiq nazir məhkəməsində onu satdı...

Azərbaycanda satılan yağlarla bağlı araşdırmaların nəticələri açıqlanıb    

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi – Təfərrüat

Məktəbin həyətində faciəvi şəkildə ölən 10 yaşlı Fərhanın fotosu

Bakıda hamamda qadınla kişinin meyitləri tapıldı

Azərbaycanın Milli Qəhrəmanı infarkt keçirib    

"Ona məğlub olmamaq üçün bacardığınızı edin"

Çin-Rusiya münasibətləri: Müharibənin səbəb olduğu məcburi evlilik...

Qəzaya düşən aparıcı Aytən Səfərovanın vəziyyəti açıqlandı  

Bu həftə inanılmaz dərəcədə varlanacaq bürclər

Ən çox oxunanalar