Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Sabiq icra başçısı dövlət qurumuna rəhbər gətirilir

Son bir il ərzində müxtəlif məhsullar, xüsusilə də ərzaq mallarının bahalaşması davam edir


İnsanların alıcılıq qabiliyyəti ərzaq məhsulları istehsalçıları və idxalçılarını müvafiq addımlar atmağa, bazara daha münasib qiymətə olan mallar təqdim etməyə məcbur edir. Qiymətlərin münasib olması isə bir sıra hallarda məhsulların keyfiyyətinin pisləşməsi hesabına balanslaşdırılır

Əslində bazarda aşağı keyfiyyətli məhsullar həmişə olub, bu isə qida təhlükəsizliyinə ciddi problemdir. Bu problemlərin aradan qaldırılması və qida təhlükəsizliyi sahəsində ciddi addımlarım atılması məqsədilə yaxın vaxtlarda Azərbaycanda yeni dövlət qurumunun - Qida Təhlükəsizliyinə Nazarət Agentliyinin yaradılması gözlənilir. Bu barədə Modern.az saytına hökumətdəki mənbədən məlumat daxil olub. 

Bildiridiyinə görə, yeni qurum Səhiyyə Nazirliyinin Sanitar Epidemioloji Nəzarət sektorunun, Kənd Təsərrüfatı Nazirliyi yanında Baytarlıq və Fitosanitar Nəzarəti Xidmətinin, Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin bəzi şöbələri və İqtisadiyyat Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinin bazası əsasında yaradılacaq. 

Yeni Agentliyin yaradılması Azərbaycanda dövlət qurumlarında islahatların aparılması, idarəetmənin və nəzarət mexanizmlərinin təkmilləşdirilməsi tədbirləri çərçivəsində həayata keçiriləcək.

Məlumatda o da qeyd edilir ki, yeni yaradılacaq quruma bir müddət əvvəl Göyçay rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilən Mübariz Ağayev rəhbər gətiriləcək.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - Video

BMT Baş katibi azərbaycanlı diplomatı yüksək vəzifəyə təyin edib

Ən çox oxunanalar