Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Sabiq deputat reanimasiyaya yerləşdirildi: “Türkiyəyə aparılacaq”


Sabiq deputat və icra başçısı İnqilab Nadirov reanimasiyaya yerləşdirilib


Bu barədə Lent.az-a İ. Nadirovun nəvəsi Əli Nadirli deyib. Onun sözlərinə görə, babası böyrək çatışmazlığından əziyyət çəkir: "Babamın hazırkı vəziyyəti haqda həkimlər bizə məlumat vermir. Yanına buraxmırlar. Tək onu bilirik ki, reanimasiyaya yerləşdirilib. Ola bilsin, Türkiyəyə apardıq. Amma gərək əvvəl babamın səhhəti uzaq yola çıxmağa hazır olsun”.  
 
Qeyd edək ki, şair, dramaturq, publisist, ictimai- siyasi xadim İnqilab Ədil oğlu Nadirov Azərbaycan Respublikası Ali Sovetinin üç çağırış (1980- 1995-ci illər), həmçinin, ilk Milli Məclisinin deputatı (1991-1995) olub. O, həmçinin 15 may 1994 - 27 avqust 1999-cu illərdə Bakı şəhəri Binəqədi Rayon İcra Hakimiyyətinin başcısı vəzifəsində işləyib. 
 
O, iqtisad elmləri namizədi, ekoloji elmlər üzrə fəlsəfə doktoru, professor, Türk Dünyası Araştırmaları Uluslararası elmlər Akademiyasının və Avropa Təbiət Elmləri Akademiyalarının Akademiki, eləcə də AzərbaycanRusiya Yazıçılar ittifaqlarının üzvüdür. 
 
Qeyd edək ki, bu barədə ilk xəbəri salamnews.org yazıb. 

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

Məhkum ana həbsxanadakı ən çarəsiz gecəsindən danışdı: “Qandalı açıb polisə verdim ki...” - Video

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

Ermənistan ordusu Qazaxın dörd kəndindən çıxarılır  

Fransanın daha bir neçə diplomatı “persona non grata” elan edilib - Foto    

İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır

Dörd kəndin qaytarılması Qazaxda sevinclə qarşılanıb

Azərbaycanda 22 yaşlı oğlan qadının üzərinə benzin tökərək yandırıb - Yenilənib

Ən çox oxunanalar