Cümə, 19 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Sabiq deputat Eynulla Fətullayevi məhkəməyə verir



Sabiq millət vəkili Nazim Məmmədov jurnalist Eynulla Fətullayevi və onun rəhbərlik etdiyi saytları (“Haqqin.az” və “Virtualaz.org”) məhkəməyə verməyə hazırlaşır


Bu barədə AzNews.az-a Nazim Məmmədovun özü məlumat verib. 

O bildirib ki, E.Fətullayev ayın əvvəlində metal bazarını inhisarlaşdırmış “Baku Steel Company”nin rəhbəri Rasim Məmmədovdan müsahibə götürüb və orada onun ünvanına həqiqəti əks etdirməyən fikirlər söylənilib:

“Müsahibədə bizim “Atahan Dəmiz Sənaye” müəssisəsinin işgüzar nüfuzuna da xələl gətirən fikirlər səsləndirilib. Mən bununla bağlı Eynullaya müraciət etdim. Bildirdim ki, siz Kütləvi İnformasiya Vasitələri haqqında qaydaları pozmusunuz. Yəni mənim fikrimi öyrənməmisiniz. Ona məhkəməyə müraciət haqqında bildiriş göndərdim. Ondan sonra məndən müsahibə aldılar. Mən müsahibədə öz mövqeyimi açıqladım və bildirdim ki, “Atahan Dəmir Sənaye” 2004-cü ildən istehsal fəaliyyəti ilə məşğuldur və istehsal etdiyi bütün məhsullara sertifikatlar alır. Ancaq 2012-ci ilin iyun ayında Rasim Məmmədovun “qoçu dəstələrinin” müdaxiləsi nəticəsində müəssisəmiz fəaliyyətini dayandırmağa məcbur olub”.

N.Məmmədov iddia edir ki, E.Fətullayev məlum müsahibəsinə özündən əlavələr edib: “Bu da Kütləvi İnformasiya Vasitələri haqqında qaydalara ziddir. Mənim mövqeyim tam dərc olunmalı idi. O, oxucuları yönəltəmək məqsədi ilə bunu edib. Bütün bunlara baxmayaraq, mən onu bağışlamışdım, ancaq iki gün bundan öncə E.Fətullayev Rasim Məmmədovun sifarişi əsasında yanlış məlumatlar dərc edib. Guya, mənim sahib olduğum müəssisə heç vaxt qanuni fəaliyyət göstərməyib. Bu yalanlar isə məni bezdirib. Mən həmin sertifikatların surətlərini ona göndərdim. Və ona iki gün vaxt qoydum. Dedim ki, iki günün içində məndən üzr istəməli və verdiyi məlumatları təkzib etməlidir. Yoxsa məhkəmədə cavab verəcək. Ümid edirəm ki, o, iki gün ərzində məndən üzr istəyəcək”.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Seymur Talıbova həbs yolu göründü: Sabiq nazir məhkəməsində onu satdı...

Azərbaycanda satılan yağlarla bağlı araşdırmaların nəticələri açıqlanıb    

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi – Təfərrüat

Həbsxanada evlənən müğənni: “Heç kimin bacarmadığını etmişəm”

Bu həftə inanılmaz dərəcədə varlanacaq bürclər

Məktəbin həyətində faciəvi şəkildə ölən 10 yaşlı Fərhanın fotosu

Bakıda hamamda qadınla kişinin meyitləri tapıldı

Azərbaycanın Milli Qəhrəmanı infarkt keçirib    

"Ona məğlub olmamaq üçün bacardığınızı edin"

Ən çox oxunanalar