Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Sabiq deputat Dünyamin Xəlilov məhkəmədən bəraət istəyib


Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində "Azərbaycan Beynəlxalq Bankı" ASC-dən kredit götürüb qaytarmamaqda təqsirləndirilən sabiq deputat Dünyamin Xəlilov və digərlərinin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib


APA-nın xəbərinə görə, hakim Əhməd Quliyevin sədrliyi ilə keçirilən prosesdə D. Xəlilov son sözlə çıxış edib.
 
O deyib ki, ittihamlar əsassızdır: "2007-2008-ci ildə Beynəlxalq Bankın rəhbərliyi qərar vermişdi ki, xaricə investisiyalara yatırılsın. Götürdüyümüz pullara Albaniyada zavod, Türkiyədə istirahət mərkəzi tikilməli idi. Pullar bu layihələrə ayrılıb. Ayrılan maliyyə vəsaiti heç bir halda mənimsənilməyib. Bu pulları nə mən, nə də digər təqsirləndirilən şəxslər görüb. Çünki vəsait birbaşa transfer olunub. Diqqətinizə çatdırım ki, hələ 7 il öncə ayrılan pulların hara xərclənməsini araşdırmaq üçün ekspert qrupu yaradılıb, cinayət işi başlanıb. Onlar Almaniyada, Türkiyədə və Dubayda oldular, layihələrimizlə tanış oldular. Yalnız bundan sonra cinayət işinə xitam verdilər. İndi necə olur ki, yenidən eyni ittihamla illər sonra cinayət işi açılır? Mənimsəmə necə ola bilər ki, biz görmədiyimiz pulu mənimsəyirik? Mən vergidən də yayınmamışam".
 
D. Xəlilov barəsində bəraət hökmünün çıxarılmasını istəyib və özünü təqsirli bilmədiyini deyib.
 
Bundan sonra hakimlər müşavirəyə yollanıb.
 
Qeyd edək ki, 2015-ci ilin yayından Beynəlxalq Banka kredit borcları olan şəxslərin həbsinə başlanılıb. Bu məsələ ilə bağlı bir çox iş adamı saxlanılıb. "Globus Plaza"nın sahibi olan D. Xəlilov da dələduzluqda təqsirli bilinir. O, ötən ilin fevralında Daxili İşlər Nazirliyi Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi əməkdaşlarının həyata keçirdiyi əməliyyat zamanı saxlanılaraq, Nərimanov Rayon Məhkəməsinin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib. D. Xəlilov Cinayət Məcəlləsini 178.3.2-ci (dələduzluq, külli miqdarda törədildikdə) maddəsi ilə ittiham olunur.
 
Digər təqsirləndirilən şəxslər isə Fərhad Əmiraslanov, Seyfulla Seyfullayev, Şakir Musayev, Ruslan İsmayılov, Mənsur Zeynalov, Rauf Əliyevdir. Dünyamin Xəlilovdan başqa digərlərinin barələrində həbs qətimkan tədbiri seçilməyib. Onlar ümumilikdə 50 milyon manat mənimsəməkdə təqsirləndirilirlər.
 
pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

 Sabiq pediatrın intiharı ilə bağlı iddialara rəsmi cavab: “Rəhbər təyinatı olmayıb” - Yenilənib, Video

Özünü güllələyən məşhur pediatr kim idi? - Dosye

Cəfər Cabbarlı haqqında məxfi həqiqətlər - Video

Ən bahalı və sağlam bitki yağları - hər kəs bunları bilmir

Faiq Ağayevdən Brilliant Dadaşovaya gözlənilməz sözlər - Video

Bakıda dələduz şəbəkə peyda olub - Mənzil və obyekt sahibləri ehtiyatlı olun

Vətən müharibəsi iştirakçısı anasının xəstəliyini eşidib intihar edib

Niyə qızartmazdan əvvəl kartofun üzərinə un səpirlər? - Faydalı hiylə

Nəsib Quliyev qadına görə intihar edib - Sensasialı iddia    

Ən çox oxunanalar