Çərşənbə, 20 Mart 2019
USD : 1.7
EUR : 1.996
Hava
+6 ° Baku
-0 ° Quba
-0 ° Qusar
+4 ° Gəncə
+5 ° Lənkəran
+3 ° Naxçıvan
+6 ° Salyan
+3 ° Şəki

Sabahın hava proqnozu


İyulun 8-də Bakıda və Abşeron yarımadasında hava yağmursuz keçəcək


Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən xəbərə görə, arabir güclənən şimal-qərb küləyi gündüz şimal-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə  23-26°, gündüz  29-34°, Bakıda  gecə  24-26°, gündüz 30-32° isti təşkil edəcək.
 
Şimal çimərliklərində (Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zuğulba) arabir güclənən şimal-qərb küləyi gündüz şimal-şərq küləyi ilə əvəz olunacaq. 
Dəniz suyunun temperaturu  26-27° isti təşkil edəcək.
 
Cənub çimərliklərində (Türkan, Hövsan, Sahil, Şıx)  arabir güclənə şimal-qərb küləyi gündüz şimal-şərq küləyi ilə əvəz olunacaq. 
Dəniz suyunun temperaturu  27-28° isti təşkil edəcək.  
 
Azərbaycanın rayonlarında hava yağmursuz olacaq. Lakin bəzi şimal və qərb rayonlarında şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Səhər bəzi yerlərdə zəif duman. Qərb küləyi gecə və səhər ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 21-26°, gündüz  33-38°, dağlarda gecə  13-18° isti, gündüz  23-28° isti təşkil edəcək. 

pia.az
Etiket:
loading...