Noyabrın 3-də Bakıda və Abşeron yarımadasında hava dəyişkən buludlu olacaq, arabir tutulacaq
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Lent.az-a verilən məlumata görə, səhər yarımadanın bəzi yerlərində çiskinli olacağı ehtimalı var. Mülayim şimal-qərb küləyi gündüz cənub-qərb küləyi ilə əvəz olunacaq.
Havanın temperaturu gecə 7-10°, gündüz 15-18°, Bakıda gecə 8-10°, gündüz 15-17° isti olacaq.
Azərbaycanın rayonlarında əsasən yağmursuz hava gözlənilir. Səhər bəzi yerlərdə duman olacaq, qərb küləyi arabir güclənəcək.
Havanın temperaturu gecə 5-10°, gündüz 15-19° isti, dağlarda gecə 2° şaxtadan 3°-dək isti, gündüz 5-10° isti olacağı gözlənilir.
pia.az