Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Sabahın hava proqnozu


Azərbaycanda sentyabr ayına olan hava proqnozu açıqlanıb


Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, sentyabrda havanın orta aylıq temperaturunun iqlim normasına yaxın, bəzi yerlərdə isə bir qədər yüksək olacağı gözlənilir.

Aylıq yağıntının miqdarının iqlim normasına yaxın, bəzi yerlərdə isə bir qədər çox olacağı ehtimalı var.

Bakıda və Abşeron yarımadasında orta aylıq temperaturun 22-24 dərəcə isti (gecələr 18-23, gündüzlər 24-29, bəzi günlərdə 32-37 dərəcə isti) olacağı gözlənilir ki, bu da iqlim normasına yaxın və bir qədər yüksəkdir. Aylıq yağıntının miqdarının iqlim normasına yaxın, bəzi yerlərdə isə bir qədər çox (norma 12-23 mm) olacağı gözlənilir.
Naxçıvan Muxtar Respublikasında orta aylıq temperaturun 21-24 dərəcə isti (gecələr 17-22, gündüzlər 26-31, bəzi günlərdə 34-39 dərəcə isti) olacağı gözlənilir ki, bu da iqlim normasına yaxın və bir qədər yüksəkdir. Aylıq yağıntının miqdarının iqlim normasına yaxın (norma 7-13 mm) olacağı gözlənilir.

Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər, DaşkəsənGədəbəy rayonlarında orta aylıq temperaturun 14-18 dərəcə isti (gecələr 10-15, gündüzlər 18-23, bəzi günlərdə 25-30 dərəcə isti) olacağı gözlənilir ki, bu da iqlim normasına yaxındır. Aylıq yağıntının miqdarının iqlim normasına yaxın, bəzi yerlərdə isə çox (norma 34-50 mm) olacağı gözlənilir.

Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl rayonlarında orta aylıq temperaturun 21-24 dərəcə isti (gecələr 17-22, gündüzlər 23-28, bəzi günlərdə 32-37 dərəcə isti) olacağı gözlənilir ki, bu da iqlim normasına yaxın və bir qədər yüksəkdir. Aylıq yağıntının miqdarının iqlim normasına yaxın (norma 17-44 mm) olacağı gözlənilir.

Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Xızı, Siyəzən, Şabran, Quba, Qusar, Xaçmaz rayonlarında orta aylıq temperaturun 17-21 dərəcə isti (gecələr 16-21, gündüzlər 22-27, bəzi günlərdə 30-35 dərəcə isti) olacağı gözlənilir ki, bu da iqlim normasına yaxın və bir qədər yüksəkdir. Aylıq yağıntının miqdarının iqlim normasına yaxın (norma 33-120 mm) olacağı gözlənilir.

Mərkəzi-Aran: Mingəçevir, Yevlax, Göyçay, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan, Neftçala rayonlarında orta aylıq temperaturun 23-25 dərəcə isti (gecələr 18-23, gündüzlər 25-30, bəzi günlərdə 33-38 dərəcə isti) olacağı gözlənilir ki, bu da iqlim normasına yaxın və bir qədər yüksəkdir. Aylıq yağıntının miqdarının iqlim normasına yaxın, bəzi yerlərdə isə bir qədər çox (norma 14-38 mm) olacağı gözlənilir.

Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara rayonlarında orta aylıq temperaturun 21-24 dərəcə isti (gecələr 17-22, gündüzlər 23-28, bəzi günlərdə 31-36 dərəcə isti) olacağı gözlənilir ki, bu da iqlim normasına yaxın və bir qədər yüksəkdir. Aylıq yağıntının miqdarının iqlim normasına yaxın (norma 50-199 mm) olacağı gözlənilir.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

 Sabiq pediatrın intiharı ilə bağlı iddialara rəsmi cavab: “Rəhbər təyinatı olmayıb” - Yenilənib, Video

Azərbaycanın ixrac etdiyi qara kürünün qiyməti açıqlanıb

Özünü güllələyən məşhur pediatr kim idi? - Dosye

Faiq Ağayevdən Brilliant Dadaşovaya gözlənilməz sözlər - Video

Cəfər Cabbarlı haqqında məxfi həqiqətlər - Video

Bərdədə qaçırılan 23 yaşlı qızın ailəsinə təhvil verilməsinin təfərrüatı məlum olub - Yenilənib

Ən bahalı və sağlam bitki yağları - hər kəs bunları bilmir

Qadının üzərinə benzin tökərək yandırdığı deyilən kişi məmur oğlu imiş - Açıqlama

Bakıda dələduz şəbəkə peyda olub - Mənzil və obyekt sahibləri ehtiyatlı olun

Qeyri-neft sektorunun inkşafı və Dövlət İnvestisiya Şirkətinin batırdığı sərmayələr... - I yazı

Ən çox oxunanalar