Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Sabahdan AŞPA-nın qış sessiyası başlayır

Yanvarın 23-dən 27-dək Strasburqda Avropa Şurası Parlament Assambleyasının (AŞPA) qış sessiyası keçiriləcək. Sessiyada Milli Məclisin beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri, bu təşkilatda Azərbaycanın daimi nümayəndə heyətinin rəhbəri Səməd Seyidovun başçılığı ilə deputat qrupu iştirak edəcək


AzərTAc xəbər verir ki, sessiyada Türkiyədə və Ukraynada demokratik təsisatların fəaliyyəti, Suriyada vəziyyət və onun qonşu ölkələrə təsiri, eləcə də Livanda vəziyyət, regional sabitlik, Avropada təhlükəsizlik çağırışları və Qəzzada humanitar böhran kimi mövzular müzakirə olunacaq.

Eyni zamanda, Avropada jurnalistlərə və mətbuat azadlığına qarşı təhdidlər, internet media və jurnalist fəaliyyətində hesababtlılıq və çağırışlar, kiber ayrı-seçkilik və internet vasitəsilə nifrət çıxışlarına son qoyulması kimi mövzular da sessiyanın gündəliyinə daxil edilib. Assambleya, həmçinin ölkələr üzrə monitorinq mexanizmlərinin inkişafı məsələlərinə də diqqət yetirəcək.

Sessiyada Kiprin və Rumıniyanın prezidentləri, genişlənmə və Avropa qonşuluq siyasəti üzrə Avropa komissarı, Kiprin xarici işlər naziri çıxış edəcək, Avropa Şurasının baş katibinin qurumun fəaliyyəti barədə məruzəsi dinləniləcək.

Azərbaycan nümayəndə heyətinin üzvləri gündəlik məsələlərlə bağlı çıxış edərək fikirlərini bildirəcəklər.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

Azneft”in baş direktoru vəzifəsindən azad edildi - Yeni təyinat

Ərdoğan: Qarabağda hansı addımı atdıqsa, qarşımıza böyük qlobal ittifaq çıxdı

Qurban Qurbanov hərəkətlərinə fikir verməyən futbolçunu cərimələdi

Ən çox oxunanalar