Sabah Bakının Nəsimi rayonunda suyun verilməsində məhdudiyyət olacaq
“Azərsu” ASC-dən verilən məlumata görə, magistral su xəttinin yerinin dəyişdirilməsi və birləşmələrin verilməsi ilə əlaqədar 19 iyul 2017-cı il tarixində gün ərzində Nəsimi rayonunun bir hissəsinə içməli suyun verilməsində məhdudiyyətlər olacaqdır.
Yaranan narahatlıqla əlaqədar “Azərsu” ASC abonentlərdən üzr istəyir.
pia.az