Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Sabah bu küçələrdə hərəkət istiqaməti dəyişdiriləcək


Heydər Əliyev Fondunun təşəbbüsü ilə “Bakı Marafonu-2018” piyada marafonunun keçirilməsi ilə əlaqədar Bakı şəhərinin bir sıra küçə və prospektlərində avtomobillərin hərəkət istiqaməti dəyişdiriləcək


Bu barədə Lent.az-a Bakı Şəhər Baş Dövlət Yol Polisi İdarəsindən məlumat verilib.

Bildirilir ki, marafon iştirakçılarının təhlükəsiz və fasiləsiz hərəkətinin təşkili məqsədilə sabah, yəni 13 may saat 9:00-dan 15:00-dək Bayraq meydanından  başlayaraq Azneft dairəsi istiqamətinə, Neftçilər prospekti, Yusif Səfərov, Qədirbəyov, Həsənoğlu küçələrində, eləcə də Xətai prospekti və Heydər Əliyev prospektinin ikinci yolu şəhər istiqamətində avtomobillərin hərəkəti tam məhdudlaşdırılacaq. 

Qeyd edilən ünvanlar üzrə hərəkət edən avtomobil sahibləri və sürücülərdən, tədbiri nəzərə alaraq, şəxsi avtomobillərdən az istifadə etmələri tövsiyə olunur. 

Bundan başqa, Bakı şəhərində avtonəqliyyat vasitələrinin təhlükəsiz hərəkətinin tənzimlənməsi məqsədi ilə, Xətai prospekti, Xətai prospektindən Heydər Əliyev prospektinə çıxan körpü və ətrafında, həmçinin Heydər Əliyev prospektindən Babək prospektinə çıxan körpü və ətrafında üfüqi nişanlanma xətlərinin rənglənməsi ilə əlaqədar olaraq hərəkət məhdudlaşdırılacaq.

Bu barədə Lent.az-a məlumat verən Bakı Nəqliyyat Agentliyinin mətbuat xidmətindən bildirilir ki, bu gün axşam saat 22:00-dan etibarən hərəkət tam və ya qismən məhdudlaşdırılacaq.

Tam məhdudlaşdırma həmin hissələrdə olan körpü üzərlərində tətbiq olunacaq və hərəkət yan yollara istiqamətləndirilərək təmin ediləcək. Digər hissələrdə isə məhdudlaşdırma qismən tətbiq olunacaq. Məhdudlaşma səhər saatlarınadək qüvvədə olacaq.

Sürücülərdən sözügedən ərazidə hərəkətdə olarkən diqqətli olmaları və yol hərəkəti qaydalarına əməl etmələri xahiş olunur.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Məhkum ana həbsxanadakı ən çarəsiz gecəsindən danışdı: “Qandalı açıb polisə verdim ki...” - Video

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

“Toyota Prius”ların qiymətindəki ucuzlaşma nə qədər davam edəcək?

Ermənistan ordusu Qazaxın dörd kəndindən çıxarılır  

Baha satılan və ucuz alınan brilyantla bağlı araşdırma - Video

Dörd kəndin qaytarılması Qazaxda sevinclə qarşılanıb

İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır

Ən çox oxunanalar