Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Sabah bəzi yollar bağlanacaq



Mayın 25-də Bakının mərkəzi küçə və prospektlərində nəqliyyatın hərəkətinə məhdudiyyət qoyulacaq.


Bakı şəhər Dövlət Yol Polisi İdarəsi bununla bağlı paytaxt sakinlərinə, avtomobil sahiblərinə və sürücülərə müraciət edib.

 Bakı şəhər DYPİ-nin bölmə rəisi, polkovnik Vaqif Əsədov Avtosfer.az-a bildirib ki,  Bakıda keçiriləcək İlk Avropa Oyunlarının təkrar təlim məşqləri ilə əlaqədar olaraq mayın 25-də, saat 16:30-dan başlayaraq gecə saat 12-dək paytaxtın əsas küçə və prospektlərində nəqliyyatın hərəkətinə məhdudiyyət qoyulacaq.

Belə ki, Neftçilər prospekti ilə kəsişən bütün küçə və prospektlərdə, Heydər Əliyev prospektində Sabunçu körpüsünədək, Salyan yolu şosesinin 14-cü km-dən şəhərin mərkəzinə doğru, Mikayıl-Müşfiq küçəsi-Parlament prospekti dairəsindən mərkəzə doğru, Yusif Səfərov, Üzeyir Hacıbəyov, Zərifə Əliyeva, Niyazi, Mehdi Hüseyn, Lermontov küçələrində, Azadlıq prospektində, habelə Avropa Oyunlarının keçiriləcəyi inzibati ərazilərə bitişik küçə və prospektlərdə avtomobillərin hərəkətinə məhdudiyyət qoyulacaq və istiqamət dəyişdiriləcək.

Vaqif Əsədov bildirib ki, sürücülər alternativ yol kimi Sabunçu körpüsündən Bakıxanov qəbəsəsinə, Hövsan yoluna (beton yol), Lökbatan dairəsindən Kənar Dairəvi Yola, Bayıl qəsəbəsindən 20-ci sahədən istifadə etməklə Badamdar qəsəbəsinə, Xanlar və Neftçi Qurban küçələrindən istifadə etməklə Gülüstan sarayının yanındakı yola çıxa bilərlər.

Yol polisi sürücülərdən xahiş edir ki, qeyd olunan müddətdə küçə və yollarda təhlükəsizliyin təmin edilməsi məqsədilə şəxsi avtomobillərdən az istifadə etməklə ictimai nəqliyyata üstünlük versinlər.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

Sumqayıtda ər-arvad qətlə yetirilib: 24 yaşlı oğulları saxlanılıb - Yenilənib

Deputat: “Bu yaxınlarda parlament seçkisi olacaq”

Fransanın daha bir neçə diplomatı “persona non grata” elan edilib - Foto    

Azərbaycanda 22 yaşlı oğlan qadının üzərinə benzin tökərək yandırıb - Yenilənib

İsrail İran ərazisində bir hərbi obyektə raket zərbəsi endirib

Güclü maqnit qasırğası gözlənilir: Ən təhlükəli günlər açıqlandı

Bakı Fransız Liseyinin fəaliyyətinin dayandırılmasının səbəbləri açıqlanıb - Yenilənib

İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır

Ən çox oxunanalar