Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Sabah Xocalı yürüşü olacaq


Faciənin 25-ci ildönümündə daha hansı tədbirlər keçiriləcək?


Sabah Xocalı faciəsinin 25 ili tamam olur. Hər il olduğu kimi bu il də Xocalı qurbanlarının xatirəsi müxtəlif tədbirlərlə yad ediləcək. Soyqırım həqiqətlərinin dünyaya çatdırılması üçün müxtəlif addımlar atılacaq. Artıq bir neçə gündür ki, ölkədə və dünyanın bir çox dövlətlərində Xocalı tədbirlərinə başlanılıb. Məlumata görə, prezident İlham Əliyevin başçılığı ilə fevralın 26-da “Ana fəryadı” abidəsi önünə yürüş ediləcək. Bütün dövlət müəssisələri bu yürüşdə iştirakı gözlənilir.

Bəs, müxtəlif dövlət və mədəniyyət qurumları, siyasi partiyalar 26 fevralda hansı tədbirlər keçirəcəklər?

Qeyd edək ki, bu günlərdə, 24-26 fevral tarixlərində “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi tərəfindən Xocalı faciəsinin 25 illiyinə həsr edilmiş “Xocalı-gözlərdə donan tarix” adlı foto sərgisi keçirilir. İçərişəhərdə - Qoşa qala qapılarının yaxınlığındakı meydanda, açıq səma altında təşkil olunacaq “Xocalı-gözlərdə donmuş tarix” adlı foto sərgidə faciəni yaşamış insanların portretləri nümayiş olunur.

Bundan əlavə, fevralın 26-da R.Behbudov adına Dövlət Mahnı Teatrında Bakı Uşaq Teatrının nəzdində fəaliyyət göstərən rusdilli uşaqlardan ibarət “Günay” Uşaq Studiyasının ifasında Xocalı faciəsinə həsr olunmuş “Xocalı” tamaşası nümayiş olunacaq. Teatrdan bildirilib ki, faciə qurbanlarının xatirəsinə həsr olunmuş, maarifləndirmə, təbliğat xarakteri daşıyan tamaşaya giriş sərbəstdir.

Fevralın 26-da həmçinin, Xocalı soyqırımının 25-ci ildönümü ilə əlaqədar “Azərbaycan Hava Yolları”-na məxsus aviareyslərdə bu qanlı qırğına həsr olunan videoçarx nümayiş etdiriləcək. Aksiya AZƏRTAC-la birgə layihəsi əsasında həyata keçiriləcək.
Azərbaycan Hava Yolları” QSC-nin mətbuat xidmətindən musavat.com-a daxil olan məlumata görə, videoçarx ingilis dilində “Azərbaycan Hava Yolları”na məxsus “overhead” tipli monitorlarla təchiz olunan bütün təyyarələrin uçuşları zamanı nümayiş etdiriləcək. Aksiyanın məqsədi AZAL-a məxsus təyyarələrdən istifadə edən əcnəbi vətəndaşları Xocalı soyqırımı haqqında məlumatlandırmaqdır.

Həmçinin Bakı Metropoliteni QSC Metropoliten İşçiləri Həmkarlar Komitəsi ilə birgə Xocalı faciəsinin 25-ci ildönümü ilə bağlı tədbirlər planı hazırlayıb.

Siyasi partiyalara gəlincə, fevralın 26-da Yeni Azərbaycan Partiyasının yürüşü gözlənilir. Bunu YAP-ın icra katibinin müavini, deputat Siyavuş Novruzov “Yeni Müsavat”a açıqlamasında bildirib. Onun sözlərinə görə, yürüş fevralın 26-da keçiriləcək. Saatı tam dəqiqliklə elan olunacaq. Kim istəsə, bu yürüşdə iştirak edə bilər.

Siyavuş Novruzov qeyd edib ki, ölkə başçısının və dövlətin digər vəzifəli şəxslərinin də Xocalı abidəsini ziyarət etməsi gözlənilir.

Müxalif düşərgəyə gəlincə, əksər partiyalar fevralın 26-da saat 12:00-da “Ana fəryadı” abidəsini ziyarət edəcəklər. Partiyaların birgə yürüşü də istisna deyil. (musavat.com)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

 Sabiq pediatrın intiharı ilə bağlı iddialara rəsmi cavab: “Rəhbər təyinatı olmayıb” - Yenilənib, Video

Azərbaycanın ixrac etdiyi qara kürünün qiyməti açıqlanıb

Özünü güllələyən məşhur pediatr kim idi? - Dosye

Cəfər Cabbarlı haqqında məxfi həqiqətlər - Video

Faiq Ağayevdən Brilliant Dadaşovaya gözlənilməz sözlər - Video

Ən bahalı və sağlam bitki yağları - hər kəs bunları bilmir

Bakıda dələduz şəbəkə peyda olub - Mənzil və obyekt sahibləri ehtiyatlı olun

Qadının üzərinə benzin tökərək yandırdığı deyilən kişi məmur oğlu imiş - Açıqlama

Vətən müharibəsi iştirakçısı anasının xəstəliyini eşidib intihar edib

Niyə qızartmazdan əvvəl kartofun üzərinə un səpirlər? - Faydalı hiylə

Soydaşımız Akademik Heydər İmanov “Azərbaycanın qüruru” qızıl ordeni ilə təltif olunub

Ən çox oxunanalar