Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Sabah Qarabağda müharibə qərarı verilə bilər


“Moskva görüşü Dağlıq Qarabağ münaqişəsi üçün olduqca əhəmiyyətlidir. Bu görüş Ermənistanın ya münaqişənin “Kazan düsturu” çərçivəsində həllinə razılaşmasını, ya da danışıqlar prosesindən tamamilə yayınmasını müəyyən edəcək”


PİA.AZ publika.az-a istinadən xəbər verir ki, bu barədə Rusiya prezidentinin səlahiyyətli nümayəndəsi, Rusiya İctimai Palatasının üzvü, politoloq Sergey Markov aprelin 28-də Moskvada keçiriləcək Azərbaycan, RusiyaErmənistan xarici işlər nazirlərinin görüşünü şərh edərkən bildirib.

Qeyd edək ki, “Kazan düsturu” 2011-ci ildə Rusiya prezidenti Dmitri Medvedevin təşəbbüsü ilə Kazanda keçirilən AzərbaycanErmənistan prezidentlərinin görüşündən sonra gündəmə gəlib. Bu variant ilkin mərhələdə işğal olunmuş rayonların qaytarılmasını, qaçqınların geri dönüşünü, daha sonra Qarabağın yekun statusunun müzakirə edilməsini nəzərdə tutur. Rusiya bununla öz sühməramlılarını da bölgəyə yerləşdirmək istəyir.

S.Markov qeyd edib ki, əgər Ermənistan danışıqlar prosesindən yayınsa, bu münaqişə zonasında hərbi variantın gündəmə gəlməsi deməkdir.

“Axı hamımız anlayırıq ki, Bakı sülh perspektivlərini görməyəcəksə, başqa variantlara üz tutmağa məcbur olacaq. Bu baxımdan, Moskvada keçiriləcək görüş çox əhəmiyyətlidir”, - deyə o bildirib.

Rusiyalı politoloq rəsmi İrəvanın görüş haqqında heç bir rəsmi informasiya verməməsini, daha çox susqunluq nümayiş etdirməsini də şərh edib: “Ermənistanın sükutu onunla bağlıdır ki, MoskvaBakı çoxdan “Kazan düsturu” əsasında həll variantına razıdır. Əlbəttə, MoskvaBakının mövqeləri arasında da fərqlər mövcuddur, lakin burada ümumi olaraq, ciddi sıçrayışa səbəb olacaq konstruktiv danışıqlardan söhbət gedir. Ermənistan indi çətin vəziyyətdədir. İrəvanda bəziləri danışırlar ki, “Kazan düsturu”na razılaşmaq lazımdır, digərləri bu mövqeyi qəti rədd edir və danışıqların kəsilməsini istəyir. İrəvandakı daxili nizamsızlıq qeyri-müəyyənlik yaradır”.

S.Markov həmçinin, aprelin 25-də Rusiya xarici işlər naziri Sergey Lavrovun ATƏT-in baş katibi Lamberto Zanyerlə görüşdə səsləndirdiyi “Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına ciddi maneələr var” sözlərini də şərh edib.

Onun fikrincə, Lavrov ATƏT-in baş katibinə qarşıdakı görüşlə bağlı məlumat verdi və “Kazan düsturu”nu dəstəkləməyi təklif etdi.

“Deyəsən, bu məsələdə MoskvaATƏT-in mövqeləri yaxındır”, - deyə o bildirib.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - Video

BMT Baş katibi azərbaycanlı diplomatı yüksək vəzifəyə təyin edib

Uçot dərəcəsi endirilir, amma kredit faizləri azalmır. Nədən...

Məşhur avtomobil markasının Azərbaycanda istehsalına başlanıldı    

Bakıda “Prius”ların kütləvi satışına başlanıldı - Foto    

Fələstinin yeni xarici işlər naziri ermənidir...

Alen Simonyan və Sahibə Qafarova arasında keçiriləcək növbəti görüşün tarixi məlum olub

Şəkidə 26 yaşlı gənc sirkə turşusundan zəhərlənib

Aygün Kazımova ilə Namiq yenidən məşhur dueti oxudu - Video

Ən çox oxunanalar