Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Sabah Müsavatla «El» hərəkatı görüşəcək


Müsavat Partiyasının başqanı və rəhbərliyinə daxil olan şəxslərin müxalifət təşkilatları ilə əməkdaşlıq üçün başlatdığı görüşlər davam edir


Növbəti görüş dekabrın 19-da «El» hərəkatının rəhbərliyi ilə olacaq. Bu barədə “Yeni Müsavat”a daxil olan məlumatda deyilir ki, artıq hər iki qurum arasında görüş üçün razılıq əldə olunub. Məlumatı «EL» hərəkatının idarə heyətinin üzvü Zəfər Quliyev təsdiqlədi. Onun dediyinə görə, Müsavat Partiyasının başqanı İsa Qəmbər «El» hərəkatı ilə görüş üçün dekabrın 17-də qurumun rəhbəri Eldar Namazovla danışıb: “«El» hərəkatı dərhal bu məsələ ilə bağlı toplandı və Müsavatın dekabrın 19-da görüşmək təklifini müzakirə etdik. Təklifi qəbul etdik və Eldar Namazov İsa Qəmbərə bu barədə məlumat verdi. Həftənin dördüncü günü görüş olacaq”. 
Görüşün harada olacağına gəlincə, Z.Quliyev bildirdi ki, Müsavat «El» hərəkatının özünün müvafiq yer müəyyənləşdirməsini təklif edib: “Bizim də nəzərə alsaq ki, rəsmi ofislər əlimizdən alınıb ona görə də qərara gəldik ki, «El» hərəkatının Ali Məclisinin sədri Eldəniz Quliyevin rəhbərlik etdiyi Ziyalılar Birliyinin ofisində Müsavat rəhbərliyi ilə görüşək və müzakirə aparaq”.

“Eldəniz Quliyev bir neçə gün öncə mediaya açıqlamasında «El» hərəkatı ilə Müsavatın rəhbərliyinin görüşünə ehtiyac olmadığını bəyan etmişdi. Bu məsələ hansısa problem yarada bilərmi?” sualına Zəfər Quliyev belə cavab verdi: “Müsavatın təklifi müzakirə olunan zaman biz Eldəniz Quliyevin də səsləndirdiyi bu məsələyə toxunduq. Eldəniz bəy açıq etiraf etdi ki, mediaya şəxsi fikrini bildirib. O, hesab edirdi ki, indiki mərhələdə bu görüşə böyük ehtiyac yoxdur. Prinsipcə görüşün əleyhinə deyildi, hesab edirdi ki, indiki mərhələdə belə görüşlərə lüzum yoxdur. Lakin müzakirələrimizin sonunda ümumi fikrə gəldik ki, məhz indiki mərhələdə-Milli Şuranın taleyi tam bəlli olmadığı vəziyyətdə bu cür görüşlər bəlkə də Milli Şuranın problemlərinin həllinə, aydınlıq yaranmasına kömək edə bilər. Ona görə də bu cür görüşləri ləngitmək, görüşdən qaçmaq siyasi təşkilat üçün düzgün olmazdı. Eldəniz Quliyev də bizimlə razılaşdı”.

“El” təmsilçisi vurğuladı ki, bu görüşə razılaşmaq təkcə Müsavatın təklifinə müsbət cavab verməkdən getmir: “Eyni zamanda «El» hərəkatının özünün də Milli Şurada yaranmış vəziyyətlə bağlı narahatlığı var, bir çox məsələlərə öz yanaşması mövcuddur. Ona görə bizim üçün də maraqlıdır Milli Şuradakı aparıcı bir qüvvə olan Müsavatla görüşdə bizi maraqlandıran məsələləri müzakirə edək, öz mövqeyimizi bildirək. Həm Milli Şuranın gələcəyi, Müsavatla “El”in münasibətləri ilə bağlı müzakirə aparmaq faydalı olacaq”.


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

Azneft”in baş direktoru vəzifəsindən azad edildi - Yeni təyinat

Qurban Qurbanov hərəkətlərinə fikir verməyən futbolçunu cərimələdi

Ərdoğan: Qarabağda hansı addımı atdıqsa, qarşımıza böyük qlobal ittifaq çıxdı

Ən çox oxunanalar