Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Sabah Millətlər Liqasının püşkü atılacaq

Sabah bütün Avropanın diqqəti İsveçrənin Lozanna şəhərinə yönələcək


Apasport.az saytının məlumatına görə, burada UEFA-nın yeni layihəsi olan Millətlər Liqasının ilk mövsümünün püşkatma mərasimi keçiriləcək.
 
Quruma üzv olan 55 ölkənin millisi 2018/19 mövsümünün qalibi adı uğrunda mübarizədə rəqiblərini tanıyacaq. Püşkatma mərasimi Bakı vaxtı ilə saat 15:00-da başlayacaq.
 
Yığmaların UEFA reytinqinə görə yarış iştirakçıları 4 liqada qüvvəsini sınayacaq. A liqasında yer alan ən güclü 12 komanda kubok və medallar üçün “döyüşəcək”. B liqasında 12, C liqasında 15, D liqasında 16 yığma mübarizə aparacaq.
 
Bütün liqalarda komandalar 4 qrupa bölünəcək. A liqasında qrup qalibləri mükafatlar uğrunda yarımfinal və finalda oynamaq imkanı qazanacaq. Digər liqaların qrup birinciləri isə 2020/21 mövsümündə daha yüksək dəstədə çıxış etmək imkanına yiyələnəcək. A, B və C liqalarında qrup sonuncuları növbəti mövsümdə aşağı dəstədə qüvvəsini sınamalı olacaq.
 
Qrup mərhələsinin nəticələri təkcə liqalar arasında yuxarı-aşağı hərəkət etmək üçün önəmli deyil. AVRO-2020-nin seçmə mərhələsinin püşkatması zamanı yığmaların səbətlərə bölünməsi məhz Millətlər Liqasının nəticələrinə görə gerçəkləşəcək.
 
Bundan başqa, hər liqadan 1 komanda AVRO-2020-nin final mərhələsinə yüksələcək. Seçmə mərhələdə vəsiqə qazanmayanlar arasında öz qrupunda ən yaxşı olanlar 2020-ci ilin martında pley-offa xoşbəxtlər sırasına düşmək üçün döyüşəcək.
 
Reytinqə görə UEFA-nın 40-cı komandası olan Azərbaycan yığması D liqasında yer alıb. Millimiz ən zəif 16 komanda sırasında 1-cidi.
 
2018-ci ilin sentyabr-noyabr aylarında baş tutacaq qrup mərhələsinin iştirakçıları püşkdən öncə səbətlərə bölünüb. Qurban Qurbanovun baş məşqçisi olduğu yığmamız D liqasının 1-ci səbətində qərarlaşıb.
 
A liqası
I səbət
Almaniya, Portuqaliya, Belçika, İspaniya
II səbət
Fransa, İngiltərə, İsveçrə, İtaliya
III səbət
Polşa, İslandiya, Xorvatiya, Hollandiya
 
B liqası
I səbət
Avstriya, Uels, Rusiya, Slovakiya
II səbət
İsveç, Ukrayna, İrlandiya, Bosniya və Herseqovina
III səbət
Şimali İrlandiya, Danimarka, Çexiya, Türkiyə
 
C liqası
I səbət
Macarıstan, Rumıniya, Şotlandiya, Sloveniya
II səbət
Yunanıstan, Serbiya, Almaniya, Norveç
III səbət
Monteneqro, İsrail, Bolqarıstan, Finlandiya
IV səbət
Kipr, Estoniya, Litva
 
D liqası
I səbət
Azərbaycan, Makedoniya, Belarus, Gürcüstan
II səbət
Ermənistan, Latviya, Farer adaları, Lüksemburq
III səbət   
Qazaxıstan, Moldova, Lixtenşteyn, Malta
IV səbət
Andoora, Kosovo, San Marino, Cəbəllütariq
 
Sabah keçiriləcək püşkatmada iki cütlük eyni qrupda yer ala bilməz. Ölkələr arasında münasibətləri nəzərə alan UEFA B liqasında Rusiya və Ukrayna, D liqasında Azərbaycanla Ermənistanı ayrı qruplara salacaq. Lakin pley-offda oynamalı olacaqları halda bu rəqiblərin də dueli qaçılmaz olacaq.
 
Yeni turnirdə yeniliklər edən UEFA yığmaların uzaq məsafə qət etmələrinin də məhdudlaşdırıb. C liqasında Norveç, Finlandiya, Estoniya və Litva “dördlüy”ündən yalnız ikisi eyni qrupa düşə bilər. Yığmamızın yer aldığı D qrupunda isə 4 cüt uzaq məsafəli sayılıb. Bunlar Azərbaycan/Cəbəllütariq, Qazaxıstan/Cəbəllütariq, Qazaxıstan/Andorra və Qazaxıstan/Farer adaları cütləridi.
 
UEFA bu 4 cütdən yalnız birinin eyni qrupda olmasına icazə verəcək. Bir sözlə, yığmamız Cəbəllütariqlə yalnız o halda eyni qrupda olacaq ki, Qazaxıstan başqa “dördlüy”ə düşsün.
 
Artıq oyunların keçirilmə tarixləri də bəllidi. Qrup oyunları 2018, final mərhələsi 2019, pley-off 2020-ci ildə baş tutacaq.
 
Qrup mərhələsi
I tur – 6-8 sentyabr 2018
II tur – 9-11 sentyabr 2018
III tur – 11-13 oktyabr 2018
IV tur – 14-16 oktyabr 2018
V tur – 15-17 noyabr 2018
VI tur – 18-20 noyabr 2018
Final mərhələsinin püşkü – dekabr 2018
Final mərhələsi – 5-9 iyun 2019
Pley-offun püşkü – 22 noyabr 2019
Pley-off – 26-31 mart 2020

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

Məhkum ana həbsxanadakı ən çarəsiz gecəsindən danışdı: “Qandalı açıb polisə verdim ki...” - Video

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

Ermənistan ordusu Qazaxın dörd kəndindən çıxarılır  

Dörd kəndin qaytarılması Qazaxda sevinclə qarşılanıb

Fransanın daha bir neçə diplomatı “persona non grata” elan edilib - Foto    

İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır

Azərbaycanda 22 yaşlı oğlan qadının üzərinə benzin tökərək yandırıb - Yenilənib

Ən çox oxunanalar