Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Saatlının iki bank rəhbəri haqda özbaşınalıq ittihamı


Son vaxtlar bank qalmaqalları ilə bağlı məlumatlar intensivləşib


Məsələn, Azərbaycan Beynəlxalq Bankı ətrafında qalmaqal bu qurumun rəhbərini həbsxanayadək daşıdı. Amma sözügedən bankda qanunlara sayğısızlıq və maliyyə maxinasıyalarının altında yalnız Cahangir Hacıyevlə bitmədiyi bəllidir. 

Azərbaycan Beynəlxalq Bankın Saatlı filialında baş verən qanunsuzluq, daha duğrusu açıq-aşkar özbaşınalıqla bağlı cumhuriyyet.az-a daxil olan məlumat onu göstərir ki, bankın filial rəhbərləri öz əməllərinə görə də indi məhbus həyatı yaşayan sabiq şeflərindən geri qalmırlar.

“Beynəlxalq Bankda kredit üçün “şapka”

Saatlı rayon Qaracalar kənd sakini 58 yaşlı Nəzərova Səadət Bayram qızı üzləşdiyi qanunsuzluqlarla bağlı redaksiyamıza məktub göndərib. Şikayətçi cumhuriyyet.az-a ünvanladığı məktubda bir il bundan öncə Azərbaycan Beynəlxalq Bankın Saatlı filialından kredit götürdüyünü bildirir. Elə ilk qanunsuzluq həmin andaca baş verib. 

Belə ki, S.Nəzərəva öz məktubunda bu məsələnin üzərində xüsusi dayanmasa da cumhuriyyet.az-ın araşdırmaları zamanı məlum olub ki, vətəndaşın adına 4.800 (dörd min səkkiz yüz) manat kredit ayrılsa da bu məbləğin bir hissəsi “yoxa çıxıb” və ona “şapka”lı kredit verilib.(Yeri gəlmişkən, rayondakı mənbəmizin sözlərinə görə,saatlıda kreditə görə “şapka” alınması banklar üçün yazılmamış qanuna çevrilib). Amma iş bununla da bitməyib.

rr

Əlbir olub iki bank rəhbəri bir biriylə…

Təqaüdçü S.Nəzərovaya kredit verildikdən sonra Azərbaycan Beynəlxalq Bankın Saatlı filialı onun təqaüd kartını da girov kimi özündə saxlayıb. Vətəndaş öz təqaüd kartını tələb etsə də Azərbaycan Beynəlxalq Bankın Saatlı filialının rəhbəri İlqar İbrahimov bildirib ki, “sənin bizə borcun var, kreditini ödəyib qurtarandan sonra kartını götürə bilərsən”. Bildirək ki, təqaüdünü Kapital Bank vasitəsi ilə alan S.Nəzərovanın kartının Beynəlxalq Banka yol tapmasının da maraqlı tarixçəsi var. Belə ki. cumhuriyyet.az-a daxil olan məlumatda bildirilir ki, bu proses kartın müddəti maşa çatdıqdan sonra Kapital Bank tərəfindən dəyişilərkən baş verib. Belə ki, vətəndaşın yenilənmiş təqaüd kartı Kapital Bankın saatlı rayon filialına daxil olub, amma bu qart hüquqi sahibinə verilməyib. Kapital Bankın rayon filialının rəhbəri Sakit Zahidov S.Nəzərovaya məxsus təqaüd kartını Azərbaycan Beynəlxalq Bankın Saatlı filialınının baş kreditoru Aqil Heydərova verib. Beləcə, Azərbaycan Beynəlxalq Bankın Saatlı filialı öz həmkarının “pas”ını qəbul edərək bir təqaüdçüdən açıq aşkar oğurluq etmiş olub.

Kapital Bank rəhbərinin devalvasiya əməliyyatları

Yeri gəlmişkən, Kapital Bank Saatlı rayon filialənən rəhbəri haqda da mediada ilginc iddialar yer alıb. Bununla bağlı cumhuriyyet.az olaraq elektron mediada yer alan məlumatlar üzərindən əldə etdiyimiz məlumatları ümumiləşdirərək diqqətinizə çatdırırıq: “Kapital Bankın Saatlı rayon şöbəsinin müdiri Sakit Zahidov da devalvasiya milyonerlərindəndir. Belə ki, birinci və ikinci devalvasiyalar zamanı köhnə tarixli əməliyyatlarla, S.Zahidov altı sıfırlı “gəlir” əldə edib. Qeyd edilir ki, devalvasiyadan əvvəl də maliyyə əməliyyatları ilə milyonlar qazanan bu şəxsin sərvəti rayonda dillər əzbəridir. Sakit Zahidovun sahib olduğu obyektlərin, mülklərin fotolarını və siyahısını yayımlayan bakunews.az bildirir ki, bank müdiri son illərdə təkcə kredit oyunları ilə milyonlarla pul qazanıb.

kapitalbank

Prezident də istəsə bunu sübut edə bilməz”

Sayt bildirir ki, məsələ ilə bağlı Sakit Zahidovun da münasibətinin öyrənilməsinə cəhd edilib. Verilən sualları ironiya ilə qarşılayan oliqarx bank müdiri “mənim etdiklərimi heç prezident də sübut edə bilməz” deyərək, sayt əməkdaşlarını cavab verməkdən imtina edib. Bankirlə sayt əməkdaşı arasındakı həmin söhbəti olduğu kimi təqdim edirik:

– Sakit bəy, Milli Məclis tərəfindən qəbul edilmiş qanun dəyişikliyində vəzifə səllahiyyətli şəxslərin bizneslə məşğul olması qadağan edilib. Əgər sizin biznesinizdən dövlət qurumları xəbər tutsalar, nə cavab verəcəksiniz?
– Mən işlərimi elə səhmana salmışam ki, kimsə, hətta prezident də istəsə bunu sübut edə bilməz. Heç bir obyekt mənim adıma deyil.

Fazil Məmmədovla yaxınlıq…

Qeyd edək ki, bu şəxslə bağlı hələ ötən ilin əvvəllərində yayılan xəbərlərdə deyilirdi ki, Sakit Zahidov hamını vergilər naziri Fazil Məmmədovun tələbə yoldaşı olması ilə hədələyir: “Sakit Zahidov artıq əyalət milyonçusu səviyyəsində olmadığını göstərmək üçün hər məclisdə vergilər naziri Fazil Məmmədovla dostluğundan, hətta yaxın aylarda onunla qohum olacağından danışır. Sanki bu adam hörmətli nazirin adını qabartmaqla, kimlərəsə mesaj vermək istəyir. Bununla nəyi və hansı vəzifəni hədəflədiyini bilmirik”.

– Kapital Bank Saatlı rayon filialının rəhbəri Sakit Zahidovla sabiq təhsil müdiri Şamil nurəliyevin 50 minlik “razborka”sı;
– Maliyyəçi Namiq Bağırovun 25 faizlik payı;
– “Çinar MMC” adına silinən pullar;
– Sakit Zahidovun rayondakı himayədarı…

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - Video

BMT Baş katibi azərbaycanlı diplomatı yüksək vəzifəyə təyin edib

Azərbaycanda taksilərdə gediş haqqı lövhəsinin nümunəvi forması açıqlanıb

Ən çox oxunanalar