Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Saatlıda suvarma sistemi təkmilləşdirilir


Bu gün Azərbaycan və ABŞ-ın birgə səyləri nəticəsində Saatlı rayonunun Varxan kənd sakinləri təkmilləşmiş suvarma sisteminin açılışını qeyd ediblər


Tədbirdə ABŞ-ın Azərbaycandakı səfirliyinin səfir müavini Vilyam Gil, ABŞ Beynəlxalq İnkişaf Agentliyi (USAID), İqtisadiyyat nazirliyi, yerli icra hakimiyyəti və bələdiyyə nümayəndələri iştirak ediblər.

ABŞ-ın Azərbaycandakı səfirliyindən AzVision.az-a verilən məlumata görə, bu layihə USAID və Azərbaycan hökuməti tərəfindən birgə maliyyələşib və Şərq-Qərb İdarəetmə İnstitutu (EWMI) tərəfindən icra olunub.

V.Gil bildirib ki, Amerika Birləşmiş Ştatları bu layihədə iştirak etməkdən məmnundur: "Azərbaycanda həyat keyfiyyətini yaxşılaşdırmaq və iqtisadi inkişafın irəliləməsi üçün davamlı əməkdaşlığa ümid edirik”.

EWMI təşkilatının texniki dəstəyi ilə Varxan kəndinin sakinləri yerli və regional hakimiyyət qurumları ilə işləyərək saatda 1,700 m3 həcmində su axını təmin edən su nasosu quraşdırmaqla kəndin suvarma sistemini təkmilləşdiriblər. Təmir olunmuş 600 metrlik yol 1200-dən çox kənd sakininin həyat şəraitini yaxşılaşdıracaq. Yeni suvarma sistemi suvarma suyuna çıxışı artırmaqla, kənd təsərrüfatı istehsalını təkmilləşdirməklə, habelə vaxt və resurslara qənaət etməkdə köməklik edərək yerli fermerlərin yaşayış səviyyəsini yaxşılaşdıracaq.

EWMI təşkilatı vasitəsilə ABŞAzərbaycan 89 icmada 152,000-dən artıq insanın faydalana biləcəyi 101 icma layihəsi həyata keçirib. USAID-in Sosial-İqtisadi İnkişaf Fəaliyyəti (SEDA) proqramı vasitəsilə EWMI rayonlarda sosial-iqtisadi inkişafı artırmaq və həyat səviyyəsini yaxşılaşdırmaq üçün vətəndaşların, vətəndaş cəmiyyəti təşkilatlarının, habelə yerli və mərkəzi hökumət nümayəndələrinin əməkdaşlığını təşviq edir.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Məhkum ana həbsxanadakı ən çarəsiz gecəsindən danışdı: “Qandalı açıb polisə verdim ki...” - Video

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

“Toyota Prius”ların qiymətindəki ucuzlaşma nə qədər davam edəcək?

Ermənistan ordusu Qazaxın dörd kəndindən çıxarılır  

Dörd kəndin qaytarılması Qazaxda sevinclə qarşılanıb

Baha satılan və ucuz alınan brilyantla bağlı araşdırma - Video

İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır

Ən çox oxunanalar