Prezident İlham Əliyev Saatlıda çoxmənzilli binaların əsaslı təmiri ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb
PİA.AZ-ın AzərTAc-a istinadən məlumatına görə, sərəncama əsasən, Saatlıda çoxmənzilli binaların əsaslı təmiri işlərinin həyata keçirilməsi üçün Azərbaycan Respublikasının 2017-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Saatlı Rayon İcra Hakimiyyətinə 3 milyon manat ayrılıb.
pia.az