Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Saakaşvilinin tərəfdarları Kiyevdə etiraz yürüşü keçirib


Gürcüstanın keçmiş prezidenti, Odessanın sabiq qubernatoru Mixeil Saakaşvilinin tərəfdarları fevralın 18-də Ukrayna paytaxtı Kiyevdə yürüş keçiriblər


Onlar prezident Petro Poroşenkonun istefasını tələb edib. Özü bu yaxınlarda Ukraynadan zorla çıxarılan və hazırda Hollandiyada olan Saakaşvili Poroşenkonun impiçmentinə çağırır. 

Polisin məlumatına görə, yürüşdə bir neçə min insan iştirak edib. Saakaşvilinin tərəfdarları isə yürüşün daha izdihamlı olduğunu deyirlər.

Aksiya 50 dəqiqə gec başlayıb. Yürüş təşkilatçılarının sözlərinə görə, səbəb bazar günü nəqliyyatın ləng işləməsidir, insanlar aksiya yerinə gəlməkdə çətinliklərlə üzləşiblər. Aksiyanın önündə Saakaşvilinin “Yeni qüvvələr hərəkatı”nın fəalları David Sakvarelidze və Ali Radanın deputatı Yeqor Sobolev addımlayıblar. Aksiya iştirakçıları Ukrayna bayraqları və “Əlinizi Mişadan çəkin” şüarları qaldırıblar. Tələblərdən biri də növbədənkənar parlament seçkilərinin keçrilməsi, hökumətin yenilənməsidir.

Saakaşvili bildirir ki, Ukraynanın indiki hakimiyyəti korrupsiyaya bulaşıb və oliqarxların əlində oyuncağa çevrilib. Poroşenko bu ittihamları rədd edir. (Amerikanın Səsi)


pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

 Sabiq pediatrın intiharı ilə bağlı iddialara rəsmi cavab: “Rəhbər təyinatı olmayıb” - Yenilənib, Video

Azərbaycanın ixrac etdiyi qara kürünün qiyməti açıqlanıb

Özünü güllələyən məşhur pediatr kim idi? - Dosye

Faiq Ağayevdən Brilliant Dadaşovaya gözlənilməz sözlər - Video

Qadının üzərinə benzin tökərək yandırdığı deyilən kişi məmur oğlu imiş - Açıqlama

Bərdədə qaçırılan 23 yaşlı qızın ailəsinə təhvil verilməsinin təfərrüatı məlum olub - Yenilənib

Bakıda dələduz şəbəkə peyda olub - Mənzil və obyekt sahibləri ehtiyatlı olun

Qeyri-neft sektorunun inkşafı və Dövlət İnvestisiya Şirkətinin batırdığı sərmayələr... - I yazı

Laçında xarici ekspertlərin iştirakı ilə beynəlxalq konfrans işə başlayıb - Yenilənib

Şoyqunun həbs edilən müavini Alina Kabayeva ilə eyni qəsəbədə villa tikdirib

Daha bir ölkə Fələstini dövlət kimi tanıyıb    

Ən çox oxunanalar