Çərşənbə, 24 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Saakaşvilinin qürubu - Pasportdən və vətənindən məhrum olan eks prezidentin taleyi necə olacaq?


Dünən həbsdən tərəfdarları tərəfindən azad olunmasına və Ali Radanın qarşısında çox minlik mitinq keçirməsinə baxmayaraq, demək olar ki, Saakaşvilinin dünən əldə etdiyi qələbə əslində “Pirr qələbəsi” idi


Çünki Saakaşvilinin elə Moskvanın pulu ilə Poroşenkonu yıxmaq istəməsi, həm Ukrayna, həm də Ukraynadan kənarda onun süqutunu gətirmiş oldu.

Qabil Hüseynli: “Saakaşvili daha çox siyasi demaqoqluğa və avanturaya yol verdi. Nəticədə isə reytinqini tamamilə itirdi”.

Mübariz Əhmədoğlu: “Əgər Saakaşvili Ukraynada baş nazir  rolunda görülürsə, bu gün baş verən hadisələr onun uğursuzluğu sayıla bilər”.

Xəbər verdiyimiz kimi, dünən səhər saatlarında Gürcüstanın eks-prezidenti, Ukraynanın Odessa vilayətinin sabiq qubernatoru, hazırda isə "Yeni Qüvvələr Hərəkatı"nın lideri Mixail Saakaşvilinin mənzilinə axtarışla bağlı prokurorluq əməkdaşları gəliblər. Buna görə də Gürcüstanın eks-prezidenti və yaşadığı binanın səkkizinci mərtəbəsinə qalxaraq ordan özünü atacağını bəyan edib. Buna səbəb onun evində yerli polisin axtarış aparması olub. Saakaşvili bildirib ki, əgər axtarış dayandırılmasa, intihar edəcək. Daha sonra Ali Radanın deputatı Viktor Çumak bildirib ki, Ukrayna Baş Prokurorluğunun apardığı istintaq zamanı Mixail Saakaşvili saxlanılıb. Lakin bir müddət sonra Saakaşvilinin tərəfdarları təhlükəsizlik qüvvələrinə hücum edərək onu azad ediblər. Həbsdən azad edilən Saakaşvili isə Ukrayna parlamentinin qarşısında mitinq təşkil edərək Poroşenkonu istefa verməsini tələb edib.

Çox saylı tərəfdarları tərəfindən həbsdən zorla qurtulmasına baxmayaraq, Saakaşvilinin vəziyyəti heç də ürəkaçan deyil. Çünki dünən Ukraynanın baş prokuroru Yuri Lutsenkonun nümayiş etdirdiyi səsyazıları əslində Saakaşvili dönəminin bitməsindən xəbər verir. Qeyd edək ki, Yuri Lutsenko keçirdiyi brifinqdə bildirib ki, Ukraynanın Odessa vilayətinin keçmiş qubernatoru Mixail Saakaşvili Ukraynanın devrilmiş prezidenti Viktor Yanukoviçə yaxınlığı ilə tanınan iş adamı,  oliqarx Sergey Kurçenkodan Ukraynada etiraz aksiyalarını təşkil etmək məqsədi ilə yarım milyon dollar alıb. Təqdim olunan səs yazısında etiraz aksiyalarının keçirilməsi, həmçinin sabitliyin pozulması və Ali Radanın hücumla ələ keçirilməsi üçün Saakaşvili Yanukoviçə yaxın olan iş adamından yarım milyon istəyir və Kurçenko buna razılıq verir. Həmçinin Ukraynanın baş prokuroru həmin pulun təslim edilməsinin video görüntülərini də brifinqdə nümayiş etdirib. 

Ukraynanın baş prokurorunun təqdim etdiyi faktlar təbii ki, Rusiyaya nifrətlə dolu olan Ukrayna ictimaiyyəti tərəfindən heç də xoş qarşılanmayacaq. Və dünən həbsdən tərəfdarları tərəfindən azad olunmasına və Ali Radanın qarşısında çox minlik mitinq keçirməsinə baxmayaraq, demək olar ki, Saakaşvilinin dünən əldə etdiyi qələbə əlsində “Pirr qələbəsi” idi. Çünki Poroşenkonu Moskava ilə gizli işbirliyində ittiham edən Saakaşvilinin elə Moskavanın pulu ilə Poroşenkonu yıxmaq istəməsi, həm Ukraynada, həm də Ukraynadan kənarda onun süqutunu gətirmiş oldu. Artıq demək olar ki, Gürcüstanda böyük islahatlara nail olan Mixail Saakaşvili öz karyerasını Ukraynada biabırçılıqla bitirdi.

Qeyd edək ki, Ukraynanın baş prokuroru Yuri Lutsenko könüllü olaraq təslim olması üçün 24 saat vaxt verib. 

Dünən Ukraynada baş verənlərlə bağlı PİA.AZ-ın əməkdaşı politoloq Qabil Hüseynli və Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin direktoru, politoloq Mübariz Əhmədoğlunun fikirlərini öyrənib. 

Image result for qabil huseynli

Qabil Hüseynli: “Saakaşvilini  Ukraynada iflasa uğramış siyasətçi kimi xarakterizə edə bilərəm”.


Saakaşvilininin Ukraynada doğru siyasi addımlar atmadığını vuruğulayan politoloq Qabil Hüseynliyə görə, onun utopik ideyaları reytinqinin aşağı düşməsinə şərait yaratdı:

“Hesab edirəm ki, Saakaşvili Ukraynada düzgün hərəkət etməyib. Düzdür, onun söylədiklərində həqiqət payı çox idi, amma Gürcüstanın öz yolu var. O, Gürcüstanda etdiklərini Ukraynada həyata keçirə bilməzdi. Çünki Ukraynada siyasi və iqtisadi şərtlər Gürcüstanda olduğundan tamamilə fərqlidir və hələ də inqilab ab-havasının yaşandığı Kiyevdə siyasi qüvvlərin spektri həm çox rəngarəng, həm də çox fərqlidir. Eyni zamanda Ukraynada kənardan gələn bir gürcünün onları idarə etməyə cəhd etməsini öz qürurlarına sığışdıra bilmirlər. Ona görə də hesab edirənm ki, Saakaşvilinin Ukrayna siyasəti tərəfindən həzm olunması imkansızdır.

Buna görə də Sakaaşvilinin Ukraynada daha təmkinli hərəkət etməsinə böyük ehtiyac var idi. Saakaşvilini Odessa vilayətinin qubernatoru təyin etdilər. O, başını aşağı salıb, öz işiylə məşğul olmalı idi. Ukraynanın ən kriminal vilayəti olan Odessaya yaxşı rəhbərlik edib, orada nümunəvi qayda-qanun yaratsaydı və rüşvət və korrupsiyanın qarşısını alsaydı, daha çox şöhrət qazana bilərdi. 

Qabil Hüseynli: “Saakaşvilinin Ukrayna siyasəti tərəfindən həzm olunması imkansızdır”.


Lakin o, bunu etmədi, daha çox siyasi demaqoqluğa və avanturaya yol verdi. Hər kəsin işinə qarışdı və hər kəslə üz-üzə gəldi. Nəticədə isə demək olar ki, prezident Poroşenkonun yanında etimadını itirməklə yanaşı ictimai reytinqini də itirdi. Bu baxımdan onu  Ukraynada iflasa uğramış siyasətçi kimi xarakterizə edə bilərəm. 

Ümumiyyətlə, siyasətçi yeni şəraiti və yerli xüsusiyyətləri nəzərə almalıdır. Saakaşvili utopizmə qapılmamalı idi. Onun söylədikləri gerçək olsa da, hələlik Ukrayna həyatında reallaşması mümkün olmayan utopik ideyalar idi. Ona görə də demokratiya deyilən anlayışı bu şəkildə həyata keçirmək düzgün deyil və baş verənlər əslində Ukraynada sabitliyin pozulmasına və Rusiyanın maraqlarına xidmət edir”.

Image result for mübariz əhmədoğlu pia.az

Mübariz Əhmədoğlu: “ABŞ Ukrayna üçün Poroşenkodan yaxşısını da tapa bilmir”.


Saakaşvilinin Qərbin layihəsi olduğunu bildirən politoloq Mübariz Əhmədoğlunun fikrincə, onun Ukraynada hakimiyyətə gələ biləcəyi inandırıcı görünmür:

“Əslində bu məsələyə bir neçə  prizmadan yanaşmaq  mümkündür. Lakin mənim ən çox inandığım versiya odur ki, Saakaşvili doğrudan da Qərbin layihəsidir. Bununla yanaşı, Gürcüstanda keçirdiyi islahatların böyük əksəriyyəti həqiqətən çox yaxşı idi və uğurlu oldu. Bu gün Gürcüstanın turizm zonasına çevrilməsinin səbəbi də Saakaşvilinin öz ölkəsinə qarşı kifayət qədər cəlbedicilik yaratmasıdır. Lakin zamanla Saakaşvilinin aşırı anti-Rusiyaçılığı Gürcüstan üçün böyük problem yaratdı. 

Fikrimcə, Saakaşvili öz başına anti-Rusiyaçılıq etmir. 2008-ci ilin avqust hadisələri zamanı ABŞ Dövlət Katibinin Avropa və Avrasiya Məsələləri üzrə köməkçisi Daniel Frid Gürcüstanda olmuşdu və yeri gəlsə, Gürcüstanın  heç kəsdən qorxmağa əsasının olmadığı ilə bağlı bəyanat vermişdi. Yəni ki, ABŞ rəsmisi bildirmişdi ki, Gürcüstan Rusiyadan qorxmamalıdır. Faktiki olaraq, Daniel Frid Saakaşvilini provikasiyaya istiqamətləndirdi. 

Hal-hazırki vəziyyətdə Ukraynada Pyotr Poroşenkonun hakimiyyəti ABŞ-ı qane etmir. ABŞ-ın fikrincə, Poroşenko hökümətində kifayət qədər korrupsiya və hüquq pozuntuları var. Lakin buna baxmayaraq, ABŞ Ukrayna üçün Poroşenkodan yaxşısını da tapa bilmir. Ona görə də ABŞ Saakaşvilinin Ukraynada müəyyən qədər gərginlik yaratmasında və nəticədə “Maydan” hərəkatına oxşar bir hadisənin yaşanmasında maraqlıdır. ABŞ yeni mini “Maydan” hərəkatının içindən Ukrayna xalqının tanıdığı və sevdiyi siyasətçilər yetişməsini istəyir. Növbəti seçkilərdə isə onlardan birini seçib, Poroşenkonun yerinə gətirmək istəyir. 

Mübariz Əhmədoğlu: “ABŞ yeni mini “Maydan” hərəkatının içindən Ukrayna xalqının tanıdığı və sevdiyi siyasətçilər yetişməsini istəyir”.


Ona görə də hesab edirəm ki, Saakaşvili Ukraynada öz başına heç nə etmir. Təbii ki, Saakaşvilinin hərəkəti Poroşenkonun xoşuna gəlmir. Çünki bu hərəkət Poroşenko hakimiyyəti üçün ciddi zərbədir. Hesab edirəm ki, yaxın zamanlarda Poroşenko ya tamamilə ABŞ və Dünya Bankının dediyi ssenarini qəbul edib, korrupsiyaya qarşı ən kəskin şəkildə mübarizə aparmalıdır, ya da Saakaşvilinin həbs etməlidir. Ancaq mən inamıram ki, ABŞ Ukrayna hakimiyyətinə Saakaşvili həbs etməyə imkan versin. Düşünürəm ki, Saakaşvili öz hərəkətlərini yenidən davam etdirəcək. 

Amma mən Saakaşvilinin Ukraynada hakimiyyətə gələ bilməsinə də inamıram. Ümumiyyətlə isə heç kim imkan verməyəcək ki, Saakaşvili Ukraynada hakimiyyətə gəlsin. Əgər Saakaşvili Ukraynada baş nazir  rolunda görülürsə, bu gün baş verən hadisələr onun uğursuzluğu sayıla bilər. Yox əgər kimlərsə Saakaşvilinin vəzifəsinin yarım məxməri inqilabi vəziyyət yaratmaqla,  Ukrayna siyasətçilərinin  yetişməsini və Poroşenkonun vəziyyətinin zəifləməsini istəyirlərsə, o adamlar düzgün fikirləşirlər. Ona görə də Saakaşvilinin Ukraynada uğursuzluğa düçar olduğunu birmənalı şəkildə qeyd etmək çox tezdir”.

Gülşən ŞƏRİF
pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Rusiya müdafiə nazirinin müavini Timur İvanov saxlanılıb

Kommunal Təsərrüfat müdiri icra başçısı olmağa çalışır...

Peskov: "Şoyqunun müavininin saxlanılması barədə Putinə məruzə edilib"

Bağanis Ayrımda viran qalan evlərimiz: Şərti sərhədin Qazax istiqamətində son durum - Yenilənib, Fotolar

Azərbaycanı görünüşü ilə heyrətə gətirən uşağın atası danışdı - Video

Sabiq deputatın qardaşı oğlunun 350 min vergi borcu var

Bərdədə qaçırılan 23 yaşlı qızın anası: “Qışqırsa da...” - Yenilənib

Prezident: Bəzi ölkələr Azərbaycana qarşı soyuq müharibəyə başlayıblar    

Zülfiyyə Bayramovanın mədəsində yenidən şiş aşkarlandı - Foto

Ən çox oxunanalar