Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Saakaşvilinin ekstradisiyası müzakirə olunmayıb


Gürcü və Ukrayna DİN-i təkzib etdi


Gürcüstan Daxili İşlər Nazirliyi (DİN) daxili işlər naziri Georgi Mqebrişvilinin ukraynalı həmkarı Arsen Avakov və digər rəsmi şəxslərlə sabiq prezident Mixail Saakaşvilinin Ukraynadan deportasiya edilməsini müzakirə etdiyi barədə yayılan xəbəri təkzib edib.

İmedi telekanalının verdiyi məlumata görə, Gürcüstan DİN iki ölkənin daxili işlər nazirlərinin qorunmayan telefon xətti ilə dövlət əhəmiyyətli məsələni müzakirə etməsi xəbərinin də qeyri-ciddi bir məsələ olduğunu vurğulayıb.

Qeyd edək ki, bundan əvvəl internetdə rusiyalı prankerlər Vladimir Kuznetsev və Aleksey Stolyarovun Ukrayna daxili işlər naziri A. Avakovun adından Gürcüstan daxili işlər nazirinə zəng etməsi və M. Saakaşvilinin Ukraynaya dönəcəyi halda Gürcüstana ekstradisiyası məsələsinin müzakirə edildiyi barədə informasiya yayılıb. Prankerlər G. Mqebrişvili ilə danışığın əks olunduğu iddia edilən audioyazını da yayıblar.

Xatırladaq ki, Gürcüstan Baş Prokurorluğu M. Saakaşvili barədə qiyabi həbs hökmü verib və haqqında axtarış elan edib. Bu il iyulun 26-da isə M. Saakaşvili Ukrayna prezidenti Petra Poroşenko tərəfindən Ukrayna vətəndaşlığından məhrum edilib. (APA)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Məhkum ana həbsxanadakı ən çarəsiz gecəsindən danışdı: “Qandalı açıb polisə verdim ki...” - Video

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

“Toyota Prius”ların qiymətindəki ucuzlaşma nə qədər davam edəcək?

Ermənistan ordusu Qazaxın dörd kəndindən çıxarılır  

Dörd kəndin qaytarılması Qazaxda sevinclə qarşılanıb

Baha satılan və ucuz alınan brilyantla bağlı araşdırma - Video

İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır

Ən çox oxunanalar