Cümə axşamı, 28 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Saakaşvili lətifəsi - “axırda güllələdilər babamı...”


Respublikaçı Alternativ Hərəkatının (REAL) icraçı katibi Natiq Cəfərli Gürcüstanın keçmiş prezidenti, Ukraynada Yeni Qüvvələrin Hərəkatı Partiyasının lideri Mixeil Saakaşvilinin bu gün Ukraynada həbsi ilə bağlı Facebook sosial şəbəkəsində maraqlı rəy yazıb.


PİA.AZ həmin statusu olduğu kimi təqdim edir: 

“Saakaşvilinin Gürcüstan üçün etdikləri danılmazdır, adam sistemi dəyişdi, elə bir mexanizmlər qurdu ki, Gürcüstan artıq relsə düşüb, doğru yolla gedir. Amma onun Ukraynada etdiklərini anlamaqda çətinlik çəkirəm, atdığı addımlar mənə bir lətifəni xatırladır.

Vova dərsə gəlmir, səhəri günü məktəbə gələndə müəllimə soruşur ki, dünən niyə dərs buraxmışdın, dialoq:

Vova – Müəllimə, babam dünən öldü, ona görə gələ bilmədim.

Müəllimə - Vay-vay, nədən öldü?

Vova – Dünən evimiz yandı, babam da evdə idi...

Müəllimə - Yazıq, yandı öldü, eləmi?

Vova – Yox, yağnsöndürənlər gəlmişdilər, aşağıda onu tutmaq üçün batut açdılar, babam da 7-ci mərtəbədən, eyvandan batuta tullandı...

Müəllmə - Yazıq kişi, kənara, asfalta düşdü-öldü, eləmi?

Vova – Yox, batuta düşdü, amma amartizasiya etdi, yenidən evin eyvanına düşdü...

Müəllimə - Deməli yandı-öldü...

Vova – Yox, yenidən batuta tullandı...

Müəllimə - Bu dəfə başı alfalta dəyib öldü, hə?

Vova – Yox, bu dəfə də amartizasiya edib balkona qayıtdı...

Müəllimə - (düşünür) Bəs necə öldü axı?

Vova – Həm yanğınsöndürənləri, həm polisləri, bir sözlə hamını bezdirdi, axırda güllələdilər babamı...”

Xatırladaq ki, Gürcüstanın keçmiş prezidenti, Ukraynanın Odessa vilayətinin keçmiş qubernatoru Mixeil Saakaşvili Kiyevdə saxlanılıb.
 
Bu barədə M. Saakaşvilinin “facebook” səhifəsində yayımlanan canlı yayımda göstərilib. Onu hüquq-mühafizə orqanları əməkdaşları yaşadığı binanın damında tutublar. 

Daha sonra Saakaşvilinin tərəfdaşları onu Ukrayna güc strukturlarına məxsus mikroavtobusdan çıxarıblar. M. Saakaşvili güc strukturlarının əməkdaşlarının əlindən çıxaraq tərəfdarlarının əhatəsində ərazidən uzaqlaşıb.  

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Aprel ayında bu bürcü fantastik pul və yeni vəzifə gözləyir

Sabiq milli təhlükəsizlik naziri Namiq Abbasov vəfat edib

Azərbaycan XİN Namiq Abbasovun vəfatı ilə bağlı paylaşım edib

Hikmət Hacıyev NATO-nun eks-baş katibi ilə bağlı paylaşım edib: Hesabatına ödənişi əlavə etməyi unudub

“Crocus”da insanları xilas edən Emil Hüseynov və anası baş verənlərdən danışdılar - Video

"Belə iddia səsləndirəndə mətndə rəqəm, hesabat olur, daha səbət və gilas yox" - AYNA sərt tənqid edildi

Bakıda və üç rayonda qazın verilişində məhdudiyyət olacaq

Binə qəbiristanlığında çayxana tikilir? - Video

Bakıda 13 yaşlı oğlan internat məktəbindən qaçaraq atasını axtarır

Ən çox oxunanalar