Cümə, 19 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

SOCAR yeraltı anbarlardakı qazın həcmini açıqlayıb

Azərbaycanda qaz hasilatının artımı əhali və sənayenin təbii qaz təminatında ciddi dönüş etmək üçün mühüm əsas olub, təchizat şəbəkəsinin əsaslı təmiri üzrə göstəricilər ilbəil artır


Təkcə bu ilin 8 ayı ərzində 40 yaşayış məntəqəsinə təbii qaz verilib, əhali kateqoriyasına aid daha 57376 abonent təbii qazla təmin olunub.
 
Bu barədə SOCAR prezidenti Rövnəq Abdullayevin “Azərbaycan” qəzetində dərc olunmuş məqaləsində deyilir.
 
Sentyabrın 1-nə olan məlumata görə, ölkə üzrə abonentlərin ümumi sayı 2 milyon 62 mini keçib. R. Abdullayev qeyd eeibmki, cari ildə 958,3 km uzunluğunda yeni qaz kəmərləri quraşdırılıb, 143,3 km uzunluğunda kəmərlər isə əsaslı təmir edilib: “Ötən il ərzində 7805,4 km uzunluğunda yeni qaz kəmərləri quraşdırılıb, 279,4 km uzunluğunda kəmərlər əsaslı təmir edilib, 209 yaşayış məntəqəsinə təbii qaz verilib”.
 
Onun sözlərinə görə, respublikada qaz yığım-nəql infrastrukturunun təkmilləşdirilməsi məqsədi ilə aparılan işlər uğurla davam etdirilir. “Ölkənin təbii qazla fasiləsiz təminatında və ixrac imkanlarının genişləndirilməsində yeraltı qaz anbarlarının rolu böyükdür. Dövlət başçısı tərəfindən SOCAR qarşısında yeraltı qaz anbarlarının aktiv tutumunun artırılmasına dair qoyulmuş vəzifə müvəffəqiyyətlə yerinə yetirilir, yeni qaz-basqı quyuları istismara verilir, mövcud quyularda təmir-bərpa işləri aparılır. Mövcud qrafikə uyğun olaraq, sentyabrın 1-i tarixinə yeraltı qaz anbarlarına 1,4 milyard kubmetr həcmində mavi yanacaq vurulub. Hazırda ötən mövsümdən qalıq qazla birlikdə anbarlarda aktiv qazın miqdarı 2,2 milyard kubmetrdir”, - deyə o bildirib.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Həbsxanada evlənən müğənni: “Heç kimin bacarmadığını etmişəm”

Bu həftə inanılmaz dərəcədə varlanacaq bürclər

Qərbi Azərbaycan Xronikası: Ermənistan ya xəritədən silinəcək, ya da ərazisi kiçiləcək

Arda Güler ​​üçün rəsmi təklif gəldi: Hansı komandanın heyətində oynayacaq? - Foto

Kamran Həsənlidən qalmaqallı açıqlama: “Yaxşı verilişlərin aparıcılarının saxlayanı var”

Sumqayıtda ər-arvad qətlə yetirilib: 24 yaşlı oğulları saxlanılıb - Yenilənib

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

Deputat: “Bu yaxınlarda parlament seçkisi olacaq”

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

Fransanın daha bir neçə diplomatı “persona non grata” elan edilib - Foto    

Fərid Qayıbov ABŞ-də BMT rəsmisi və Dövlət Departamentinin nümayəndəsi ilə görüşüb

Ən çox oxunanalar