Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

SOCAR rəsmisi qaz xəttindəki 3-cü partlayışdan danışdı


Nazim Səmədzadə: “Hadisədir də olub, hər yerdə olur”


Bakının Səngəçal qəsəbəsində qaz xəttində baş verən 3-cü partlayış yenidən diqqət mərkəzindədi. 

Son 15 gündə bu, 3-cü bənzər olaydı. 

İlk partlayış ötən ay, dekabrın 27-də baş vermişdi. Yanğın 6 saatdan sonra söndürülmüşdü. Hadisə nəticəsində insan itkisinin olmadığı bildirilirdi. Ancaq yaxınlıqdakı evlərin pəncərələri, dam örtükləri ziyan görmüşdü. Hadisənin nədən baş verdiyi rəsmən açıqlanmasa da, SOCAR bir neçə versiyanın nəzərdən keçirildiyini bildirirdi. Həmin ərazidə 2-ci yanğın isə yanvarın 2-də olmuşdu. 

Neftçilərin Hüquqlarını Müdafiə Təşkilatı İctimai Birliyinin sədri Mirvari Qəhrəmanlı bakıpost.az-a deyib ki, magistral qaz kəmərində son 2 ayda artıq 3-cü partlayış qeydə alınıb. Partlayışlar və yanğınlar isə ətrafdakı evlərə ziyan vurub, sakinlər təlaş içindədirlər. Qəsəbə əhalisi evlərinə girməyə qorxur: “Orada yaşayan insanlar arasında çox böyük narahatlıq var. Bütün qəsəbə əhli çöldədir. Heç kim qorxudan evə girə bilmir. Əhali bildirir ki, evlərinin başlarına uçmasına az qalıb. Bu nə vaxta kimi belə olacaq? Hamilə qadınlar, qocalar, uşaqlar nə vaxta kimi qorxaraq yaşayacaq? Hər partlayış onların qorxu və stress keçirməsinə səbəb olur. Hətta orda yaşayan xanımlardan biri mənə yazdı ki, partlayış zamanı evlərinin tavanı belə tərpənib. Hökumət bunlar haqda fikirləşməlidir. Çünki ölkədə birinci amil insan faktorudur. İstehsalat ikinci yerdədir”. 


M.Qəhrəmanlı bildirib ki, hazırda belə obyektlərin yerləşdiyi yerdən nə qədər uzaq məsafədə yaşayış massivlərinin mövcud ola biləcəyi ilə bağlı araşdırma aparılır.

SOCAR Qazixrac İdarəsinin rəis müavini Nazim Səmədzadə baş verən partlayışlarla bağlı “Yeni Müsavat”ın suallarını cavablandırıb.  

- Araşdırma gedir. Ola bilər ki, borularda da keyfiyyətsizlik var. Bunu təhqiqat nəticəsində bilmək olar. Həmin borular xaricdən, Rusiyadan alınıb. Sertifikatları da var. Araşdırmalardan sonra konkret fikir söyləmək olacaq. 

- Həmin boruların eyni ərazidə partlaması təsadüfdür, yoxsa başqa səbəblər var? 

- Texnoloji prosesdən kənarlaşma yoxdur. 52,7 atmosferdə işləməli olan borulardır. 31,6 atmosfer təzyiq altında işlədirik. Özünüz nəticə çıxarın ki, bu texnoloji proseslə əlaqəli ola bilər? Aydındır ki, ola bilməz. 

- İlk partlayışdan sonra videomüsahibənizdə demişdiniz ki, partlayış “Şahdəniz”, “Azəri Çıraq” və digər dənizdəki yataqlardan ixrac olunan qaz kəmərində meydana gəlib. Sonuncu partlayış da həmin yataqlardan quruya çıxan qaz kəmərində baş verib? 

- Xeyr, bu başqa xətdir. Son partlayış rezerv boru xəttində baş verib. Hazırda təhvil verilən və respublika ərazisinə paylanan qazda heç bir məhdudiyyət yoxdur. 

- Türkiyəyə gedən qaz kəməri deyil ki? 

- Yox, həmin kəmər deyil. 

- Boru kəmərlərinin Rusiyadan alındığını söylədiniz. Sertifikatlarının olduğunu da dediniz. Sizcə, sertifikatı olan borular 2 həftənin içində ardıcıl olaraq nədən partlayır? 

- Bəli, borulara sertifikat verilib. Hazırda tədqiqat aparılır, borularla bağlı rəy veriləcək. Onda boruların nədən partladığını söyləmək olacaq. 

- Həmin borular nə vaxt çəkilib? 

- 2010-cu ildə çəkilib. 

- Boruların istismar müddəti nə qədərdir? 

- Layihəyə görə 55 atmosfer təzyiq altında 30 il işləməlidir. Biz maksimum 52,7 ilə işlətmişik. Yəni layihədən artıq boru kəmərini yükləməmişik ki, qəza baş versin. Hadisə baş verəndə həmin boruda təzyiq 31,6 atmosfer olub.

- Rusiyanın istehsal etdiyi boruların keyfiyyətsizliyi haqda digər ölkələrdən şikayətlər eşitmisiz? 

- Başqa ölkələrdə də qaz kəmərlərində partlayışlar olur. Konkret deyə bilmərəm.

- İlk partlayışdan sonra rəsmi mövqe belə oldu ki, ərazi sürüşmə zonasıdır. Yəni həmin mövqe ilə tanış olanda belə fikir formalaşdı ki, boru sürüşüb çatlaya, çatdan qığılcım əmələ gələ və qığılcımdan partlayış meydana gələ bilərdi. Hazırda ilk partlayışın konkret səbəbi bilinir? 

- Qobustan ərazisi belədir ki, burada daim yer titrəməsi olur. Ola bilər ki, yer titrəməsinin fəsadları olsun. 

- Partlayışların qəsdən törədilmə ehtimalı varmı? 

- Məncə, yoxdur. 

- Həmin boruların təhlükəsizliyini vaxtilə Milli Təhlükəsizlik Nazirliyinin Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsi təmin edirdi? 

- Yox, həmin borular həmin idarənin nəzarətində deyildi. Borular dağlarla gedir, daim nəzarət etmək mümkün deyil. Həmin borularla qaz respublika ərazisinə nəql edilir. Bizim belə 2 xətt var. Partlayış işimizə mane olmayıb, qaz nəql etməkdə davam edirik. 

- Həmin borular nəzarətsizdir?

- Ümidvaram ki, bundan sonra belə hadisələr baş verməyəcək. Hadisədir, baş verib. Türkiyədə də, Rusiyada da, İranda da, Amerikada da belə hadisələr olur. Bu gün (dünən - red.) axşama qədər boru xəttində işlər yekunlaşdırılacaq. (musavat.com)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - Video

BMT Baş katibi azərbaycanlı diplomatı yüksək vəzifəyə təyin edib

Azərbaycanda taksilərdə gediş haqqı lövhəsinin nümunəvi forması açıqlanıb

Ən çox oxunanalar