Cümə axşamı, 28 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

SOCAR istiqrazları üzrə faizlərin ödənişinə başlanır


Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) dollarla buraxdığı SOCAR istiqrazları üzrə faizlərin ödənişi başlayır


“SOCAR Capital” şirkətindən verilən məlumata görə, nominal məbləği 1000 dollar olan və illik gəlirliliyi 5% olan SOCAR istiqrazları üzrə faizlər ildə 4 dəfə ödəniləcək.

İlk faizlər yanvarın 17-dən ödənilir.

Hər bir istiqraz üzrə faiz ödənişi 12,5 dollardır. İstiqraz sahibləri bu pulları istədikləri kimi istifadə edə, bank hesabında saxlaya, nağd formada çıxara, o cümlədən yeni istiqraz ala bilərlər.

Həcmi 100 milyon dollar olan SOCAR istiqrazlarının sahiblərinə yanvar ayından başlayaraq hər dəfə 1 milyon 250 min dollar olmaqla, il ərzində ümumilikdə 5 milyon dollar faiz ödəniləcək.

Bu il növbəti faiz ödənişləri 2017-ci ilin 17 aprel, 17 iyul və 17 oktyabr tarixlərində olacaq.

“SOCAR istiqrazlarının ən böyük üstünlüyü onların dollarda buraxılması, SOCAR tərəfindən minimum alış qiymətinin təyin edilməsi (qiymətin 1 000 dollardan aşağı düşməsi mümkün deyil), likvidliyin yüksək səviyyədə olmasıdır. Belə ki, istiqrazları cəmi bir neçə dəqiqəyə heç bir itki olmadan nağd vəsaitə çevirmək mümkündür. Bu da investorlar üçün heç bir investisiya alətində olmayan böyük üstünlükdür. Hazırda SOCAR istiqrazlarını sərfəli qiymətə təkrar bazardan əldə etmək mümkündür. Bunun üçün 1 və 5 saylı ASAN Xidmət mərkəzlərinə, *1999 qaynar xəttinə və ya socaristiqraz.az saytına müraciət etmək lazımdır”, - deyə məlumatda vurğulanıb.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Aprel ayında bu bürcü fantastik pul və yeni vəzifə gözləyir

Sabiq milli təhlükəsizlik naziri Namiq Abbasov vəfat edib

Azərbaycan XİN Namiq Abbasovun vəfatı ilə bağlı paylaşım edib

Hikmət Hacıyev NATO-nun eks-baş katibi ilə bağlı paylaşım edib: Hesabatına ödənişi əlavə etməyi unudub

“Crocus”da insanları xilas edən Emil Hüseynov və anası baş verənlərdən danışdılar - Video

"Belə iddia səsləndirəndə mətndə rəqəm, hesabat olur, daha səbət və gilas yox" - AYNA sərt tənqid edildi

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Bakıda və üç rayonda qazın verilişində məhdudiyyət olacaq

Binə qəbiristanlığında çayxana tikilir? - Video

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Ən çox oxunanalar