Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

SOCAR Mənsimovun 14 gəmisini müsadirə etdi, qalanlarına qadağa qoydu

İstanbulda mənzillənən və müflisləşmə ərəfəsində olan “Palmali” şirkətinin tankerlərinə SOCAR-ın terminallarına və limanlarına yan almaq qadağası qoyulub


Bu barədə Türkiyənin “Deniz Haber” portalı məlumat yayıb. Habelə Rusiyanın “Lukoil” şirkəti də “Palmali”ni qara siyahıya daxil edib və şirkətlə neft daşımalarına dair müqaviləni dayandırıb.

Sayt yazır ki, Mübariz Mənsimovun dünyanın ən iri neft şirkətlərindən olan SOCAR və “Lukoil” şirkətləri ilə münaqişəyə girməsi, onların əleyhinə məhkəmə iddiaları qaldırması nəticəsində “Palmali Denizçilik” şirkəti batmaq üzrədir.



Bildirilir ki, bundan əvvəl “Palmali” şirkəti SOCAR-a olan yüz milyonlarla dollar borcunu ödəyə bilmədiyinə görə Mənsimovun 14 tankeri SOCAR-ın mülkiyyətinə keçib. SOCAR özünə həmin tankerlərdən ibarət donanma qurub və neft daşımalarını həyata keçirməyə başlayıb. Habelə “Palmali”nin Türkiyədəki bəzi turizm aktivləri borcların əvəzində SOCAR-a keçib.

Mənsimov isə aktivlərini geri almaq üçün SOCAR-ın əleyhinə beynəlxalq məhkəmələrdə iddia qaldırmaqla hədələyib. Bu təhdidlərdən sonra Mənsimovla SOCAR arasında münasibətlər tamamilə korlanıb. SOCAR rəhbərliyi şirkətin nəzarətindəki terminallarla və neftayırma zavodlarına “Palmali”nin tankerlərinin daxil olmasını qadağan edib.



Sayt onu da xatırladır ki, Rusiya Federal Təhlükəsizlik Xidməti və İstintaq Komitəsi tərəfindən “Palmali” şirkətinin bu ölkədəki törəmə şirkətinə qarşı iri məbləğdə vergi gizlətmə şübhəsi ilə təhqiqat aparılır.(virtualaz.org)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - Video

BMT Baş katibi azərbaycanlı diplomatı yüksək vəzifəyə təyin edib

Azərbaycanda taksilərdə gediş haqqı lövhəsinin nümunəvi forması açıqlanıb

Ən çox oxunanalar