Azərbaycan Dövlət Neft Şirkətində (SOCAR) Kamal Eynullayev və yaxud Kamal Eynulla adında bir şəxs işləmir
PİA.AZ xəbər verir ki, bu barədə "Reporta" SOCAR-ın mətbuat xidmətindən məlumat verilib.
SOCAR bu açıqlamanı ABŞ-da SOCAR əməkdaşının qızının öz həmcinsi ilə ailə qurması ilə bağlı yayılan məlumatlara görə yayıb. Yayılan məlumatlarda bildirilir ki, amerikalı həmcinsi ilə nigaha girən Elnarə Eynullayevanın atası SOCAR-ın müfəttişi vəzifəsində çalışır.
pia.az