Cümə, 19 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

SDU-nun yeni rektorundan yeni rüşvət qaydası


Bu gün Sumqayıt Dövlət Universitetində tələbələr rüşvətə qarşı etiraz aksiyası keçirməyə cəhd ediblər


Bu gün axşam saatlarında PİA.AZ-a Sumqayıt Dövlət Universitetinin tələbələrindən daxil olan məlumatə əsasən tələbələr universitetdəki total rüşvətə qarşı etiraz aksiyası keçirmək istəsələr də, universitet rəhbərliyi tələbələrə ciddi təzyiqlər edərək aksiyanın qarşısını almağa nail olublar. Rəhbərlik rüşvətin aşağı salınacağı ilə bağlı qrup rəhbərlərinə söz verib

PİA.AZ-a ünvananlanan müraciətdə bildirilir ki, tələbələr SDU-da rüşvətin ayaq tutub yeriməsindən cana doyublar və universitet rəhbərliyninin verdiyi sözü tutmadığı halda etiraz aksiyası keçirərək problemlərini bütün ölkəyə duyuracaqlar.

Tələbələrin bildirdiyinə görə hazırda əyani şöbədə təhsil alan tələbələrdən hər bir imtahan üçün 100 manat tələb olunur. Qiyabi şöbədə təhsil alan tələbələr isə bir mənalı olaraq imtahanlardan kafi almaq üçün 500 manat ödəyirlər.

Tələbələr onu da vurğulayır ki, SDU-da baş alıb gedən rüşvətə görə Nadir Qəhrəmanov rektor vəzifəsindən azad olunduqdan sonra onlarda belə fikir yaranıb ki, yeni təyin olunan rektor Elxan Hüseynov rüşvətin qarşısını alacaq. Lakin tələbələrin bu gözləntiləri özünü doğrultmayıb. Belə ki, yeni rektor tələbələrdən alınan rüşvətin miqdarını artırraraq bütün gözləntiləri puç edib.

Qeyd edək ki, məsələ ilə bağlı universitet rəsmilərinin mövqeyini öyrənməyə çalışsaq da, axşam saatları olduğundan bu cəhdimiz uğursuz alındı. Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq…

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi – Təfərrüat

Həbsxanada evlənən müğənni: “Heç kimin bacarmadığını etmişəm”

Azərbaycanın Milli Qəhrəmanı infarkt keçirib    

Bu həftə inanılmaz dərəcədə varlanacaq bürclər

Kamran Həsənlidən qalmaqallı açıqlama: “Yaxşı verilişlərin aparıcılarının saxlayanı var”

Qərbi Azərbaycan Xronikası: Ermənistan ya xəritədən silinəcək, ya da ərazisi kiçiləcək

Arda Güler ​​üçün rəsmi təklif gəldi: Hansı komandanın heyətində oynayacaq? - Foto

"Ona məğlub olmamaq üçün bacardığınızı edin"

Məşhur tikinti şirkəti BDU-nu məhkəməyə verdi

Sumqayıtda ər-arvad qətlə yetirilib: 24 yaşlı oğulları saxlanılıb - Yenilənib

Ən çox oxunanalar