Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

S-400 sistemləri ilə bağlı Türkiyə-Rusiya sövdələşməsi uğurla başa çatıb


2, 5 milyardın 1,5 milyard dolları Rusiya krediti hesabınadır


Ünsal Ərgəl

Türkiye (Türkiyə)

Məlum olub ki, Türkiyə Rusiyanın dörd divizion S-400 hava hücümundan müdafiə raket sisteminə 2,5 milyard dollar ödəməyə razılaşıb. S-400-lərin alqısı xüsusunda Türkiyə ilə Rusiya arasında müəyyən müddət ərzində davam edən danışıqlar başa çatıb. Aydınlaşıb ki, texniki məsələlər üzrə uzlaşma əldə olunub və 2,5 milyard dollar məbləğində dörd raket batareyasının alınması haqda saziş ilkin təqdir əldə edib.

Suriyaİraq hadisələri Türkiyəni təcili şəkildə hava hücumundan müdafiə sistemləri axtarmağa hərəkətləndirib. Əvvəllər NATO çərçivəsində Türkiyədə yerləşdirilmiş "Patriot" kompleksləri Türkiyə ərazisindən çıxarıldıqdan sonra bu tələbat daha da kəskinləşib. Türkiyə bunun ödənməsi üçün əvvəlcə amerikalılarla "Patriot" sistemləri, fransızlarla "Aster SAMP/T" raketləri, çinlilərlə FD-2000 müdafiə sistemləri üzrə danışıqlar aparıb, lakin nəticəyə nail ola biməyib. Türkiyə sonradan eyni zamanda böyük sayda hədəfləri və hətta gözəgörünməz təyyarələri də izləyə bilən S-400 uzaq məsafəli HHM sistemləri istehsal edən Rusiya ilə danışıqlara başlayıb.

Həm kredit, həm də birgə istehsal

Rusiyadan alınması planlaşdırılan iki ədəd S-400 batareyası dördbatareyalı "Patriot" sisteminə ekvivalentdir. Hərbi mənbələrdən alınmış məlumata əsasən, birinci batareya iki il yarım müddətinə istehsal ediləcək və Türkiyəyə tədarük olunacaq. İkinci batareyanın böyük qismi bir il ərzində Türkiyədə istehsal ediləcək, sonralar isə istehsal texnologiyalar ötürülməklə və birgə layihələrin gerçəkləşdirilməsi ilə Türkiyədə yaradılmış obyektlərdə sürəcək.

Bu sazişin başqa bir davamlı yönü bundan ibarətdir ki, 2,5 milyard dollar məbləğin önəmli hissəsi Rusiyanın təqdim etdiyi kreditin hesabına maliyyələşdiriləcək. Hərbi mənbələr xəbər verirlər ki, Rusiya xəzinəsindən veriləcək kredit 1,5 milyard dollar təşkil edəcək. (strateq.az)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - Video

Azneft”in baş direktoru vəzifəsindən azad edildi - Yeni təyinat

BMT Baş katibi azərbaycanlı diplomatı yüksək vəzifəyə təyin edib

Ən çox oxunanalar