Rza Zərrabın harada olmasını bilmirik
Axar.az xəbər verir ki, bu sözləri Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu bildirib.
"Zərrabın ev həbsində, yoxsa həbsxanada və ya başqa bir yerdə olub-olmadığından xəbərimiz yoxdur. Bizə bu barədə məlumat verməyiblər", - Çavuşoğlu qeyd edib.
Qeyd edək ki, ötən gün Çavuşoğlu açıqlamasında məsələ ilə bağlı ABŞ-a 2 nota ünvanladıqlarını, yalnız Zərrabın durumunun yaxşı olması barədə məlumat aldıqlarını vurğulayıb.
pia.az